Berlin danışıqları:Nazirlər yeni təmaslarla bağlı razılığa gəliblər

01.03.2024 - 11:00

Fevralın 28-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında ilk görüş  keçirilib. Nazirlər Almaniyanın Berlin şəhərində görüşüblər. Fevralın 29-da isə nazirlər və nümayəndə heyətlərinin iştirakı ilə ikinci görüş keçirilib.

Almaniya XİN rəhbəri Annalena Berbok da fevralın 28-də danışıqlarda iştirakçı kimi masaya oturub.

Bu arada baş nazirin müavini Mher Qriqoryan hesab edir ki, iki-üç ay ərzində Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyaların metodologiyası layihəsi təsdiqlənəcək.  Qriqoryan deyib ki, birinci mərhələdə  təmasların nəticələrinin ümumiləşdirilməsi və təşkili yolu  iki ölkənin hökumətləri ilə razılaşdırılıb: “Bu mərhələdə biz daha çox metodoloji təsviri özündə əks etdirəcək birgə fəaliyyətin reqlamentini müzakirə edirik və bu işi başa çatdırdıqdan sonra hər iki ölkə bu sənədin layihəsini daxili dövriyyəyə təqdim edəcək. Məzmundan, nə təsvir olunacağından, hansı konsensusa çatacağımızdan asılı olaraq, buna uyğun olaraq, bu sənəd çox güman ki, qanun layihəsi şəklində paylanacaq”, – Qriqoryan bildirib.

Baş nazirin müavininin sözlərinə görə, tərəflər prinsipial mövqelər çərçivəsində qalsalar və layihə ətrafında işləri Almatı Bəyannaməsinə əsaslanarsa, o zaman iki-üç ay ərzində onlar qanun layihəsini hazırlaya biləcəklər.  “Metodologiya təsdiq edildikdən sonra həm delimitasiya, həm də demarkasiya prosesi çox vaxt aparacaq, lakin buna baxmayaraq, konkret nə ilə məşğul olduğumuz hamımıza aydın olacaq”, – deyə Qriqoryan yekunlaşdırıb.

Nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198937

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930