Bakı və İrəvan arasında yeni müharibə olacaq: ABŞ kəşfiyyatının ŞOK hesabatı

13.03.2024 - 13:39

ABŞ kəşfiyyatının “İllik təhdidlərin qiymətləndirilməsi” hesabatında Azərbaycan və Ermənistan arasında yeni müharibənin ola biləcəyi proqnozlaşdırılır.

Hesabatda Bakı-İrəvan münasibətlərinin gərgin olaraq qalacağı qeyd olunur.

“Lakin hərbi qarşıdurmanın müddəti və intensivliyi məhdud olacaq. İkitərəfli sülh sazişi yoxdur, tərəflərin silahlı qüvvələri bir-birinə yaxındır və atəşkəs rejiminin həyata keçirilməsi mexanizmi mövcud deyil”, – hesabatda bildirilir.

ABŞ kəşfiyyatı Azərbaycanı mümkün hərbi qarşıdurmanın mənbəyi kimi göstərməyə çalışır. Qeyd olunur ki, Azərbaycan Ermənistanla danışıqlarda öz məqsədinə çatmaq üçün hərbi təzyiqdən istifadə etməyə hazırdır.

“Azərbaycanı Naxçıvana birləşdirən quru dəhliz tələbi də silahlı toqquşma riskini artırır”, – ABŞ kəşfiyyatı bildirir.

Hərbi risklərin mənbəyi kimi Azərbaycanın göstərilməsi Qərbdə Bakıya qarşı kampaniya xarakteri daşıyan yanlış mövqeyin davamıdır. Xüsusilə erməni lobbisi və Ermənistanı dəstəkləyən ölkələr məqsədyönlü şəkildə Azərbaycanın Ermənistana “hücum edəcəyi” rəyini yaratmağa çalışır.

Görünür, ABŞ kəşfiyyatı da ya bu yanlış rəyə istinad edir, ya da ümumi kampaniyanın aparılmasında iştirakçıdır. Əks təqdirdə, hesabatda Ermənistanın sürətlə silahlandığı və sülh danışıqlarından müxtəlif vasitələrlə yayındığı da qeyd olunardı. (Publika.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=199252

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31