Ağalarovları hədəfə kimlər gətirir? – Ermənilər və havadarları terroru fürsətə çevirib

29.03.2024 - 13:17

Moskvada baş verən terror aktının azərbaycanəsilli rusiyalı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” kompleksində törədilməsinin erməni lobbisini sevindirdiyi şəksizdir.

Çünki Araz və Emin Ağalarovların ermənipərəstlərin çoxluq təşkil etdiyi və Ermənistanın hərbi müttəfiqi olan Rusiyada böyük layihələrə imza atması erməni lobbisinə əməlli-başlı mane olur. Birincisi, Araz Ağalarov ciddi iş adamı olması, şəffaflığı, hər bir addımı qanun çərçivəsində atmasına görə Rusiya ictimai rəyində böyük nüfuz qazanıb. Bakıda elm xadiminin ailəsində doğulub boya-başa çatmış Araz Ağalarov həyatı və fəaliyyəti ilə çoxdan sübut edib ki, hansısa eyş-işrətlə məşğul olan yüngüləxlaqlı oliqarxlardan deyil. Onun Bakıdan əxz etdiyi mənəvi dəyərlərə indiyədək sadiq qalması bunun göstəricisidir.

Crocus City Hall”dakı terror aktında ölənlərin sayı artdı Yeni SabahDigər tərəfdən, Rusiya hakimiyyətinin bütün yarımçıq və uğur qazanması çətin görünən layihələri ona həvalə etməsi azərbaycanlı Ağalarovun “qara qaş-gözünə aşiq olmaqdan” irəli gəlmir. Araz Ağalarov hər bir çətin işin öhdəsindən gəlmək bacarığını əməldə nümayiş etdirib və bu, dəfələrlə Rusiya isteblişmentinə daxil olan yüksək vəzifəli şəxslər tərəfindən etiraf olunub.

Onun ərsəyə gətirdiyi nəhəng “Crocus City Hall” kompleksi də bu bacarığın göstəricisi kimi ortaya çıxıb. Emin Ağalarov da öz qabiliyyəti, istedadı, işgüzarlığı ilə həmin sahədə atasını tamamlayıb. Artıq heç kimə sirr deyil ki, rus mediasının və şou-biznesinin ermənilər tərəfindən ələ keçirilməsinə baxmayaraq, Emin Ağalarovun müxtəlif rus jurnalistlərinə və nüfuzlu nəşrlərə müsahibələrində Azərbaycan həqiqətləri barədə ətraflı məlumat verməsi, Qarabağın Azərbaycanın əzəli torpağı olması, erməniəsilli rusiyalıların Ağalarovların şirkətlərində və müəssisələrində işləməsinin qeyri-mümkün olması barədə fikirləri erməni lobbisini və havadarlarını möhkəm qıcıqlandırır. Düşmənlərimiz sərbəst düşüncəli, açıq fikirli Eminin zəkası və diplomatik arqumentləri qarşısında aciz duruma düşür.

Emin Ağalarovun müdriklikcəsinə və böyük bacarıqla Rusiyanın şou-biznes sahəsində irimiqyaslı layihələr həyata keçirməsi ermənilərin əl-qolunu əməlli-başlı bağlayıb. İndi Azərbaycan adı gələndə rus müğənniləri öncə Emini düşünür, sonra danışırlar.Onun azərbaycanlı gənc müğənnilərə dəstək göstərməsi, “Jara” beynəlxalq festivalını Bakıda keçirməsi, estradamızın tanınmış simalarını bu festivala çıxarması, Moskva telekanallarında Azərbaycanın, Bakının və azərbaycanlı müğənnilərin adlarının dəfələrlə çəkilməsi, bu il iyulun 23-dən 28-dək yeni tədbir olan “Dream” festivalının Bakıda baş tutacağını elan etməsi, təkçə rus artistlərini deyil, dünyanın müxtəlif ulduzlarını Bakıya cəlb etməsi, Müslüm Maqomayevin mədəni irsinin qorunması ilə bağlı Moskvada və bütün dünyada atdığı addımlar, azad edilmiş Kəlbəcərdə hərbiçilərimizə konsert verməsi qarşısında ermənilər və havadarları heç nə edə bilmirlər.

Crocus City Hall” terror aktının qurbanlarından 84 nəfərin kimliyi müəyyənləşdirilib

Amma erməni lobbisinin təsiri altında olan kütləvi informasiya vasitələrinin “Crocus”dakı faciədən sui-istifadə edərək, Araz və Emin Ağalarovları hədəfə gətirmək kimi məkrli niyyətləri də ortadadır. Belə olmasaydı, həmin KİV-lər dəhşətli terakt zamanı Araz və Emin Ağalarovların dərhal hadisə yerinə getməsi, insanların xilas olması və terrorçuların yaxalanması naminə dövlət strukturlarına yardım etmələrini kənara qoyub, “Crocus”dakı çıxış qapılarının və mühafizə pilləkənlərinin qapalı olması barədə iddiaları şişirtməklə məşğul olmazdı. Halbuki bu nəşrlər dövlət strukturlarının əvvəlcədən xəbərdarlıq edilmiş terror aktının qarşısını vaxtında almamasının, polisin terrorçuların zərərsizləşdirilməsi və insanların xilas edilməsi naminə əməliyyatın keçirilməsinin yubadılmasının səbəbini sorğulamalıdırlar. Hərçənd, Solovyov kimi antipodlara bənzər ikiayaqlı məxluqlardan başqa heç nə gözləmək də mümkün deyil. Elə “RBC” telekanalının “yanğın siqnalizasiyasının işləməməsi, insanların onu eşitməməsi, təxliyə yollarının qapalı olması, personalın insanlara çıxış yolunu göstərməməsi” barədə sualını Emin Ağalarovun qətiyyətlə təkzib etməsi erməni lobbisinin murdar çəhdindən xəbər verir.

Emin Ağalarov birmənalı şəkildə deyib ki, bu, KİV-də yayılan yalan informasiyadır. Çünki “Crocus”un nəinki mühafizəçiləri, hətta bütün əməkdaşları insanlara təxliyə olmaqda yardım göstərməyə çalışıblar. “Bunu nümayiş etdirən çoxlu sayda video var. Qonşu obyetklərin mühafizəçiləri də məndən öncə həmin əraziyə gəliblər. Onlar bütün qrim otaqlarına baş çəkiblər, həmin otaqlardan və tualetlərdən neçə adamı xilas ediblər, konsert zalından öldürülmüş 12 insanın meyitini çıxara biliblər. Sonra güclü yanğın baş verdiyindən zala daxil ola bilməyiblər. Hesab edirəm ki, bütün əməkdaşlar qəhrəmanlıq göstəriblər. 6 minə yaxın insanın 15 dəqiqə ərzində zalı tərk edə bilməsi böyük möcüzədir. Bu ondan xəbər verir ki, bütün çıxışlar işlək vəiyyətində olub, xəbərdarlıq sistemi işləyib. Yanğın 6 saat idi davam edirdi, “Crocus”dakı xəbərdarlıq sistemi isə hələ işləyirdi. Fövqəladə Hallar Nazirliyi  bizdən xahiş etdi ki, onu söndürək. Çünkü sistemin güclü səsi ratsiya ilə aparılan danışıqlara mane olurdu”, – deyə Emin nəzərə çatdırıb.

Emin terror aktından sonra “Crocus”da ilk olaraq nə edib? - Özü açıqladı | No CommentBundan başqa, Emin 15 il öncə tikilmiş “Crocus”un mövcud standartlara cavab verdiyini, müvafiq dövlət strukturlarının yoxlamasından keçdiyini vurğulayıb. “Yanğın başlayandan təxminən 6 saat sonra dam örtüyü çöküb. Yəni bina, ilk növbədə, salamat qalmışdır. İkincisi, orada elə otaqlar var ki, onlar ümumiyyətlə yanğından zərər görməyib, yəni yanğından mühafizə sistemi maksimum dərəcədə işləyib. Müslüm Maqomayevin muzeyinin yerləşdiyi zal, foye, onun şəxsi əşyalarının hamısı, soyunub-geyinmə otaqları qorunub saxlanılıb. Yalnız od vurulan zal yanıb”, – deyə Ağalarov bütün düşmən niyyətli qüvvələrə cavab verib.

O, buna inanmayanları “Crocus”dakı “Vegas Hall” zalına baxmağa dəvət edib. Qeyd edək ki, artıq “Crocus Group”un prezidenti Araz Ağalarov və oğlu Emin Ağalarov terror aktı qurbanlarına yardım etmək məqsədilə 100 milyon rubl ayırıb. Emin Ağalarov bildirib ki, vəsaitlər terror aktından zərər çəkmiş tamaşaçıların və əməkdaşların ailələrinə ünvanlı dəstək – insanların reabilitasiyası, sağalması, müalicəsi və digər ehtiyaclarına yönəldiləcək. Bundan başqa, “Crocus” Müslüm Maqomayev Fondu ilə birlikdə həlak olanların ailələrinə təcili və uzunmüddətli yardım göstərilməsi üçün ianə toplanmasını elan edib. Xatırladaq ki, Rusiya Baş Prokurorluğu ərazidə yanğın təhlükəsizliyi yoxlamalarının tam həcmdə həyata keçirildiyini bəyan edib və “Krokus”un fəaliyyət icazəsinin olmaması ilə bağlı məlumatları da təkzib edib.

Bütün bu hadisələr isə mərhum politoloq Vəfa Quluzadənin uzaqgörən xəbərdarlığını yada salır. Vaxtilə bu dövlət xadimi Rusiyanın gələcəyini qaranlıq gördüyündən azərbaycanlı iş adamlarını öz bizneslərini başqa ölkələrə köçürməyə çağırmışdı…

Xatirə SADİQ,

KONKRET.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199696

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930