İlham Əliyevdən qəti mövqe: Konstitusiya dəyişməsə sülh müqaviləsi bağlanmayacaq

02.07.2024 - 12:26

“Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir”. Bu barədə iyulun 1-də Azərbaycan prezidenti İlham Əliyev Kanadanın yeni təyin edilmiş səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən bildirib. Bununla belə, Əliyev “danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyiş” olduğunu qeyd edib.

“Zənnimcə, sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik”, deyə Əliyev qeyd edib. Onun fikrincə, əvvəlcə əsas prinsiplərlə bağlı razılıq əldə edilə, onlar paraflana və daha sonra sazişin mətni üzərində iş gedə bilər. Lakin o bildirib ki, bu, Ermənistan Konstitusiyasına dəyişiklik edildiyi təqdirdə mümkündür.

“Qayıdış hüququ” ilə əlaqədar səfirin şərhinə cavabında Əliyev bildirib ki, bu hüquq qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir. Bu xüsusda o, keçən yüzillikdə, sonuncusu 1988-ci ildə olmaqla müxtəlif mərhələlərdə köklü Azərbaycan əhalisinin indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qaldığını və onlara aid maddi-mədəni irsin tamamilə dağıdıldığını qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=202190

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031