Tarixi Şuşa sammiti: Kimlər iştirak edəcək, nələr müzakirə olunacaq…

05.07.2024 - 12:45

5-6 iyulda Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Modern.az-ın məlumatına görə, Qırğızıstan Prezidentinin mətbuat xidməti görüşlə bağlı bir sıra detalları açıqlayıb.
Bildirilib ki, Qırğızıstan prezidenti Sadır Japarov iyulun 5-6-da Azərbaycanda səfərdə olacaq və Türk Dövlətləri Təşkilatına üzv olan dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak edəcək. Qeyri-rəsmi sammitdə nəqliyyat və iqlim fəaliyyəti, davamlı gələcəyin təmin edilməsi ilə bağlı müzakirələr aparılacaq.
“Tərəflər təbii fəlakətlər, iqlim dəyişikliyi nəticəsində yaranan fəlakətlərə qarşı kollektiv cavab tədbirlərini, həmçinin TDT-yə üzv ölkələrin nəqliyyat əlaqələrinin gücləndirilməsini müzakirə edəcəklər”, – məlumatda bildirilib.
Açıqlamada deyilir ki, sammitdə Azərbaycan, Qazaxıstan, Özbəkistan prezidentləri, Türkiyə və Macarıstan hökumət başçıları iştirak edəcəklər. Qeyd edək ki, Şimali Kipr Prezidenti Ersin Tatarın da görüşdə iştirak edəcəyi gözlənilir.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da sammitdə iştirak edəcəyi bildirilsə də, onun həmin tarixdə Almaniyaya səfər edəcəyi və Türkiyə millisinin oyununu izləyəcəyi iddia edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=202393

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930