İlham Əliyevdən Türkiyə millisinə böyük jest: Ərdoğana təklif etdi, Merih Demirala dəstək oldu…

06.07.2024 - 09:53

Mediada Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iyulun 6-da Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyəcəyi barədə məlumat yayılıb. APA-nın rəsmi dairələrdən əldə etdiyi məlumata görə, iyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin söhbəti zamanı cənab Rəcəb Tayyib Ərdoğan iyulun 6-da Almaniyada futbol üzrə Avropa çempionatının 1/4 mərhələsində Türkiyə millisinin Niderland yığması ilə qarşılaşacağını və Almaniyada milli komandanı dəstəkləmək imkanını nəzərdən keçirdiyini bildirib.

Belə bir təklif səslənib ki, Türkiyə Prezidenti günün birinci yarısı Şuşada tədbirdə iştirak etsin, sonra isə Almaniyaya yollansın. Lakin Prezident İlham Əliyev Türkiyə millisinin 1/4 mərhələyə yüksəlməsinin önəmini, habelə Türkiyə futbolçularının qələbəsinin bütün Türk dünyası üçün əhəmiyyətini xüsusi vurğulayaraq, cənab Ərdoğana Şuşaya deyil, milli komanda ilə bir yerdə olmaq üçün Almaniyaya səfər etməsini təklif edib.

Prezident İlham Əliyev Türkiyənin Şuşa Sammitində vitse-prezident Cevdet Yılmaz və xarici işlər naziri Hakan Fidanla yüksək səviyyədə təmsil olunacağını qeyd edib və cənab Ərdoğandan Türkiyə millisinə salamlarını və xoş arzularını çatdırmağı xahiş edib. Məlumatdan göründüyü kimi, Türkiyə Prezidentinin Şuşa Sammitinə qatılmaması protokol xarakterlidir və bunun da təşəbbüskarı iki qardaş xalq arasında münasibətləri həmişə uca tutan Prezident İlham Əliyev olub.

Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev “X”də Türkiyə millisinə dəstək ifadə edən paylaşım yazıb.  “Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm. Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!”, – dövlət başçısı qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=202409

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930