Bakıda məşhur oteldə qətl: bankın şöbə müdiri öldürüldü

22.04.2015 - 09:38

rrBu gecə Bakının Nəsimi rayonu ərazisində qətl hadisəsi törədilib. Report xəbər verir ki, hadisə Tbilisi prospektində yerləşən “Avropa” otelində baş verib.

İnsident otelin idman zalında qarışıq döyüş növləri üzrə məşqçi Ruslan Əfəndiyevlə banklardan birinin şöbə müdiri Azər adlı şəxs məşq edən zaman qeydə alınıb. Belə ki, onlarla hələlik kimliyi məlum olmayan iki nəfər şəxs arasında mübahisə düşüb və naməlum şəxslərdən biri bıçaqla Azərə ürək nahiyəsindən, R.Əfəndiyevə isə bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib.

Azər aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. R.Əfəndiyev isə özəl klinikalardan birinə çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər. Hadisədən sonra əraziyə Nəsimi rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə yerindən qaçan naməlum şəxslərin tutulması və qətlə yetirilən Azər adlı şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Fatla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=23234

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031