İlham Əliyevin “qara siyahı”sı işə düşür – diplomatlar təftiş edilir

06.07.2015 - 02:45

ilham6Avropa oyunları başa çatar-çatmaz hakimiyyət daxilində Azərbaycanın Avropa Şurasındakı sabiq səfiri və İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyindəki səlahiyyətli nümayəndəsi və ilk səfiri Arif Məmmədov ətrafında baş verənlərlə bağlı lazımi addımlar atmağa qərar verib.

Bununla bağlı diplomatik mənbələrdən İstiqlal.az-a bildirildiyinə görə, Prezident Administrasiyasından Azərbaycanın xaricdəki bütün səfirliklərinə məktub göndərilib. Məktubda bütün şübhəli diplomatların siyahısının administrasiyaya göndərilməsi tələb edilib. Eyni zamanda Prezident Administrasiyasının Hüquq-Mühafizə Orqanlarıyla İş Şöbəsinin rəhbəri Fuad Ələsgərovun tələbilə diplomatların dosyeləri XİN-dən PA-ya gəririlib. Birbaşa Fuad Ələsgərovun diktəsilə diplomatların işi araşdırılır, onların keçmişi və “zəif yerləri” müəyyənləşdirilir.

Bəzi səfirlər bu olaylarla bağlı nazir Elmar Məmmədyarovdan yardım istəsələr də, o, Fuad Ələsgərovun qarşısında aciz olduğunu bildirib. Hətta bəzi məlumatlara görə, Elmar Məmmədyarov yaxın zamanlarda özünün də tutduğu postdan kənarlaşdırıla biləcəyini dilə gətirir. Məlum olaylardan sonra nazirin adı prezident İlham Əliyevin qara siyahıya düşməsi ilə bağlı məlumatlar var. Diplomatların təftişinin də İ.Əliyevin göstərişi ilə aparıldığı bildirilir.

Ümumiyyətlə, demək olar ki, Azərbaycan diplomatiyasının qara günləri başlayır və çox güman ki, hakimiyyət bu fürsətdən istifadə edib peşəkar olmasına baxmayaraq, klana bağlı olmayan diplomatları XİN-dən “təmizləyəcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27711

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728