Qarabağ üçün yeni “yol xəritəsi”: Kremlin planları

20.07.2015 - 23:43

Kreml - Prezident aparatıRusiya və Azərbaycan XİN rəhbərlərinin işgüzar görüşü çərçivəsində cümə günü Moskvada ikitərəfli münasibətlərin geniş dairəsi müzakirə olunub. İlkin məlumatlarda Lavrovun Qarabağ nizamlanması məsələsində irəliləyiş zərurəti haqqında bəyanatlarına xüsusi diqqət yetirilib. Lakin başqa məsələlərə də toxunulub.

Lavrov deyib ki, tərəflər bütün istiqamətlər üzrə – “regional sahədə, BMT, ATƏT-də, Xəzərdə və digər formatlarda” ikitərəfli münasibətləri dərinləşdirmək niyyətlərini ifadə ediblər . O, qeyd edib ki, əlaqələrin intensivləşdirilməsi “yay tətilindən sonra” başlayacaq – sentyabrda Yekaterinburqda ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək, regionlararası forum keçiriləcək.

“Sentyabrda Rusiya Sverdlovski vilayətində böyük silah və hərbi texnika sərgisi təşkil edəcək. Azərbaycan nümayəndələrini də gözləyirik”, – deyə, Lavrov bildirib. Öz növbəsində, Məmmədyarov “Rusiya və Azərbaycanın ikitərəfli əməkdaşlığın bütün məsələləri üzrə mövqelərinin yaxınlaşdırılması”nın əhəmiyyətini qeyd edib. “Rusiya və Azərbaycanın mövqelərinin siyasi tərəfi çox bənzərdir. Xüsusən, biz Rusiya sayəsində İran nüvə proqramı üzrə saziş imzalamaq yoluna çıxmağın mümkün olmasının müsbət tərəfini qeyd edirik”, – deyə, o, diqqət çəkib.

“Rusiya rəhbərliyinə ŞƏT-də Azərbaycana müşahidəçi statusunun verilməsinə görə minnnətdarıq. İranla bağlı belə ciddi qərar əldə olunduqdan sonra Dağlıq Qarabağ mövzusunda tezliklə irəliləyiş əldə etmək üçün yol açılacaq”, -deyə, Məmmədyarov qeyd edib. Məmmədyarovla danışıqlar başa çatdıqdan sonra Lavrov Ermənistan XİN rəhbərinə zəng edib və onunla da Qarabağ nizamlanmasını müzakirə edib. Detallar barədə məlumat verilmir (Turan).

Short URL: http://www.cumhuriyyet.net/?p=28449

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728