Nazir və oğlunun “stadion əməliyyatı”

04.08.2015 - 02:54

rrTofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü yenə də bərbad duruma düşüb.Arenanın ot örtüyü o qədər bərbad vəziyyətdədi ki, hətta “Qarabağ” – “Seltik” görüşünün bu stadionda keçirilməyəcəyiylə bağlı söz-söhbət də yayılmışdı. Maraqlıdı ki, bu, arena ilə bağlı yaşanan ilk belə hadisə deyil. Demək olar ki, hər il eyni problem yaşanır. Ancaq problemin həlli üçün heç bir tədbir görülmür. Sanki kimlərsə hər il stadionun ot örtüyünün sıradan çıxmasında maraqlıdı.
Təbii ki, burda ancaq bir məqam ola bilər: ot örtüyünün bərpası adı altında “çirki vəsait”in yuyulması. Örtüyün bərpası bahalı proses sayılır. Arena isə dövlətin – Gənclər və İdman Nazirliyinin balansındadı. Deməli, təmir-bərpa üçün vəsait də dövlət büdcəsindən ayrılır.
Arenanın ot örtüyünün durumuna “Football & Sports Management” (FSM) şirkəti cavabdehdi. Bu şirkətlə dövlət səviyyəsində müqavilə bağlanıb. Onlar meydançanın ot örtüyünün qaydasında olacağına tam təminat veriblər. Ancaq bu təminat indi heç yada da düşmür. Əvəzində hər il avrokuboklar zamanı ot örtüyü bərbad vəziyyətə düşür. Örtüyün bərpası üçün dövlət büdcəsindən xeyli vəsait ayrılır.
Komanda.az “Football & Sports Management” şirkətiylə bağlı məlumat əldə edib. Gənclər və İdman Nazirliyindəki mənbənin saytımıza verdiyi məlumata görə, bu şirkət gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun himayəsindədi. Şirkətlə müqavilə də məhz Arif Rəhimovun diqtəsiylə bağlanıb.
Arif Rəhimov ixtisasca menecerdi. O, 2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləyib. Sonradan “DDLAR GROUP” adlı özəl şirkəti qurub və hazırda da ona rəhbərlik edir.
Bununla yanaşı, Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış “Baku Grand Prix” şirkətinin də rəhbəridi. “Baku Grand Prix” şirkəti 2016-cı ildə Bakıda keçiriləcək “Formula 1” Qran-pri yarışının təşkilatçısıdı.
Bir sözlə nazir işləri oğlunun şirkətinə tapşırır. Oğlu da işləri elə görür ki, hər il təmirə yenidən ehtiyac yaranır. Beləcə büdcənin pulları “cibə sovrulur”, Respublika stadionunun ot örtüyü isə qısa müddət sonra bərbad duruma düşür. Bu “stadion əməliiyatında” itirən dövlət, qazanan nazir oğlu olur. Bu “əməliyyatın” büdcəyə hər il neçəyə başa gəldiyini isə yəqin ki, yalnız hörmətli nazirimiz bilir.

Vaqif, Azpolitika.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29241

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031