Komandasından İlham Əliyevə utancverici zərbə

02.01.2014 - 02:09
Komandasından İlham Əliyevə utancverici zərbə
 

İlham Əliyev haqqında üç səhifəlik məqaləyə büdcədən 568 manat xərclənib

 

YAP liderini “İlin adamı” elan edən saytı mövcud olduğu müddətdə cəmi
7856 nəfər ziyarət edib

 

 

Komandasından İlham Əliyevə utancverici zərbə
 

İlham Əliyev haqqında üç səhifəlik məqaləyə büdcədən 568 manat xərclənib

 

YAP liderini “İlin adamı” elan edən saytı mövcud olduğu müddətdə cəmi
7856 nəfər ziyarət edib

 

Ötən həftə əksər rəsmi qəzetlərdə belə bir xəbər dərc olunmuşdu: “Geniş
oxucu kütləsinə malik “Hind okeanı və Ərəb dənizinin səsi” (VİOAS) jurnalı
Azərbaycan prezidenti İlham Əliyevi “İlin adamı” elan edib…”. Təsəvvür edin ki, hansısa bir oxucu bu
xəbərlə maraqlanır. Öyrənmək istəyir ki, bu, hansı jurnaldır. Ona görə də
axtarış saytını açıb “VİOAS” sözünü yazır. Bəs orada nə tapır? Adıçəkilən
jurnalın saytı sonuncu dəfə avqust ayında yenilənib. Həmin saytın mövcud olduğu
müddətdə onu cəmi 7856 nəfər (!) ziyarət edib, saytın səhifələri isə facebookda
cəmi 43 (!) dəfə bəyənilib (“like” edilib).

Əlbəttə ki, öz ölkəsinin prezidentinin “İlin adamı” elan edilməsi hər
kəs üçün fəxr mənbəyidir. Amma hansı nəşr, hansı jurnal, hansı təşkilat
tərəfindən? Bu jurnalın adını eşidəndə isə adam utanır… Bəs bu işləri kimlər
görür? Bunlar kimin əməlləridir?

Əlbəttə ki, özlərini prezidentə şirin satmağa çalışan yerli
məmurların və lobbiçilərin. Axı Azərbaycan dövlətinin müsbət imicinin
yaradılması üçün ayrılan büdcə pulları onların nəzarəti və iştirakı ilə
xərclənir. Amma həmin pullar lazımi şəkildə və lazımi yerə xərclənməyib. Biz bu
jurnaldan onun heç kim tərəfindən oxunmaması faktından başqa daha nə öyrənə
bilirik? Belə nəşrdə reklamın neçəyə başa gəldiyini bilirik. Bu informasiya
gizlədilmir, açıqdır. Bu naməlum jurnalın bir səhifəsinin qiyməti 15 min hind
rupisi, yaxud 242 dollardır. Beləliklə, məmurlar bu jurnalda İlham Əliyev
haqqında üç səhifəlik məqalə yazdırmaq üçün büdcədən 726 dollar, yaxud 568
manat xərcləyiblər. Görünür, onlar daha sanballı, daha nüfuzlu və daha ciddi
mətbuat orqanı tapmağa və orada ölkəmiz və onun başçısı barədə məqalə sifariş
verməyə əriniblər.

“VİOAS” jurnalının saytında göstərilir ki, jurnalın nüsxələri Seyşel
adalarındakı otellərdə və bu adalara gedib-gələn “Etihad” aviaşirkətinin
təyyarələrində payıanıb yayılır. Ən maraqlısı da budur ki, saytda jurnalın
tirajı barədə heç bir informasiya yoxdur.

Yeri gəlmişkən, adama nəsə elə gəlir ki, bu məqalə üçün 568 manat
yox, məsələn, 5680 manat xərclənib. Şübhə yoxdur ki, hindlilər bu pulun
qabağında bizimkilərə lazımi maliyyə sənədlərini də təqdim edəndən sonra nəşrin
səhifələnməsi işinə girişiblər (jurnalın çap variantını hər halda yəqin ki,
görənlər var).

Nəhayət, jurnal çapdan çıxır. Bizim dövlət agentlikləri bu barədə
informasiya yayır. Sonra qalan saytlar və agentliklər xəbəri tirajlayır. Və hər
şey hazırdır! Bax belə. Bizim məmurlar İlham Əliyev üçün belə bir Yeni il
“sürprizi” hazırlayıblar. Adamın deməyə sözü də qalmır…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3094

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30