Bakı qapalı şəhərə çevrilir – bütün girişlər yasaqlandı

14.09.2015 - 00:00

dyp3Sentyabrın 15-dən etibarən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 07:00-dan axşam saat 24:00-a qədər paytaxta girişi qadağan olunacaq. Bunu açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. DYP rəsmisi bildirib ki, bura Sumqayıt və Abşeron qeydiyyatında olan avtomobillər də daxildir:

“Sentyabrın 15-də Bakı-Sumqayıt xətti üzrə hərəkət edəcək yeni qatarlar istifadəyə veriləcək. Sumqayıt sakinlərinə Bakı şəhərinə gəlmək üçün ən təhlükəsiz nəqliyyat vasitəsi olan dəmiryol xəttindən istifadə etmək tövsiyə olunur”. K.Əliyev qeyd edib ki, Bakı şəhərinin şimal və cənub girəcəklərində rayon qeydiyyatı olan avtomobillər üçün pulsuz dayanacaqlar yaradılıb:

“Rayon qeydiyyatında olan avtomobillər pulsuz olaraq həmin dayanacaqlarda dura biləcəklər. Dayanacaqlarda ən yaxın metro stansiyaların gələn avtobuslar fəaliyyət göstərəcək. İctimai nəqliyyat vasitələri sərnişindaşımasını həyata keçirəcək. Bu həm şəhərdə yaşayan, həm də şəhərə gələn vətəndaşların özlərinin rahat hərəkət etməsi üçün yaradılmış imkandır”-deyə DYP rəsmisi vurğulayıb.

Qeyd edək ki, baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov sentyabrın 15-dən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacağını, bu avtomobillərin şəhərin cənub və şimal girişindəki duracaqlarda saxlanılacağını bildirmişdi. Belə ki, rayon qeydiyyatında olan avtomobillər
yalnız gecə saat 24:00-dan səhər saat 7:00-a qədər Bakı şəhərinə daxil ola biləcəklər.

Azvizon.az

Short URL: http://www.cumhuriyyet.net/?p=32018

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728