İlham Əliyevi hədəfdən yayındırmaq oyunu
İqtidar texnoloları etirazlar pressinqindən qurtulmaq üçün müxalifət daxilindəki zəif
həlqələri işə saldı
Heç kim
etiraz etməz ki, Azərbaycanda hazırki gündəm bahalaşma olmalı idi. Bu ölkənin
təbii siyasi-ictimai və iqtisadi həyatının analizinin məntiqidir. Kartof soğanı,
yağı xaricdən alan enerji ölkəsində enerjinin qiyməti qalxıbsa, deməli düyü
şorbasının da maya dəyəri qalxıb. Yaxşı, niyə insanlar qazanlarındaki bu
dəyişiliyə laiqincə reaksiya vermədilər? Azərbaycanda sosial iqtisadi
vəziyyətin geniş təsvirinə ehtiyac olduğunu kimsə əsaslı saymaz. Hər kəs öz
həyatındaki dəyişikliyin vasitəsiylə ümumi durumu təsvir və təsəvvür edə
bilmir. Böyük artım rəqəmlərinin müqabilində insanlar gündəlik yumurta
istehlakının sayını azaltmağa məcburdurlar. Yaşamaq mübarizəsi yeni və
dərinləşmiş xarakter almalı idi, amma bu hələ ki ortada yoxdur, niyə? Bu və başqa suallara cavab tapmağa davam
edək.
Nə etmək lazım idi?…
Seçiklərdən
sonra Milli Şuranın nəticələrə etiraz
olaraq keçirdiyi mitinq demək olar ki, yeni siyasi vəziyyətin başlanğıc
hadisəsi idi. Amma bu addım yerindəcə boğuldu. Milli Şuranın əldə etdiyi
nəticələri qoruyub genişləndirmək, saxtakarı hədəf almaq əvəzinə bu qurum özü
müzakirə mövzusuna çevrildi. Bütün bunlar əhalidə ruh düşgünlüyü yaratdı və
aydın görünürdü ki, xalq seçkidən sonra gözlədiyi davamlı mübarizənin
olmamasından mənfi mənada təsirlənmişdi. Milli Şura bütün bu məslələr qeyri
adekvat rteaksiyalar verdi. Tutaq ki, Müsavat partiyası qurumdaxili müzakirələrin
açılmasında və genişlənməsində maraqlı idi. Amma əksəriyyətin imkanı var idi
ki, hətta Müsavat partiyasının da bu addımlarına realtədbirlərə mane olsun. Buraya xırdalı irili aksiyaların tədbirlərin
keçirilməsi məsələləri daxildir. Hakimiyyətin ifşasaında problem yarandığı üçün
müxalifətin daxilində və xalqda gərginliyin dərinləşməsi təbiidir. Strateji
hədəf yaddan çıxmamalı idi. İlham Əliyevin texnoloları etirazlar
pressinqindən qurtulmaq üçün düşünməli
idilər, nəinki müxalifətin daxilindəki zəif həlqələri işə salmaq üçün münbit
şəraitləri olmalı idi. Bu aşkar görünürdü ki, müxalifət hakimiyyətlə öz
daxilində müharibə aparırdı. Hərbi dillə desək Milli Şura qarşı tərəflə öz
ərazisində küçə döyüşləri yaşadı. Nəticə isə başqa cür ola bilməzdi. Təlafatlar
və itkilər qaçılmazdır.
Hakimiyyət önə çıxmağı bacardı
Bunu
etiraf etmək lazımdır ki, hakimiyyət bu ərəfədə önə çıxmağı bacardı. Vəziyyətin
bu həddə çatmasının səbəblərini xeyli araşdırmaq olar. Amma bir misal yerinə
düşür. Toplum Qarabağ qazisi Zaur Həsənovun başına gələnlərdən necə xəbər tuta
bilərdi ki, onun dəfni günü məclisinin
toplantısını keçirdən siyasi partiya ancaq və ancaq müxalif partiyanı hədəfdə
saxlayır. Bütün ölkə baş vermiş faciədən xəbər tuta bilmədi. Çünki xəbər
kanallarında intriqa virusları tıxac
yaratmışdılar. Hakimiyyət isə bu durumdan istifadə edə bildi. Milli Şuranın
digər təmsilçilərinin çevik qərarla yeni vəziyyətə uyğun addım atmamaları
hakimiyyətin ssenarsinin irəliləməsinə səbəb oldu. Bu aydın görünürdü ki, cəmiyyət
son bir il yarım vaxt ərzində heç vaxt olmadığı qədər gündəmə köklənə bilir və
reaksiya qabiliyyətlidir. Buna görə də müqavimətin təşkil edilməməsi həm
obyektiv həm də subyektiv baxımdan məsuliyyət yaradırdı. Buna olan daxili
maneələrə baxmayaraq çevik qərarlara ən azı cəhdlər edilməli idi.
Belə
davam edə bilməz
Olanlara
müxalifətin- Milli Şuranın çevik reaksiyasının olmaması bir tərəfdən mənfi kimi
qeyd edilsə də, başqa tərəfdən bu cəmiyyətin özünə təbii bir siqnal oldu.
Toplum özünün qarşılaşdığı problemlərə görə narahat olmaq məsuliyyətini hiss
eləməyə başladı. Şübhə yoxdur ki, İlham Əliyevin texnoloqları yeni qiymət
artımı dalğasını hələ bu müəyyənləşmənin bitmədiyi üçün elan etməyi məsləhət
bilmirlər. Yəni ki, toplumun hansı reaksiyanı verəcəyi hələ tam məlum deyil.
Hakimiyyət üçün qorxulu olan odur ki, cəmiyyətin reaksiyon qabiliyyətinin
bərpası etirazların yeni keyfiyyət dalğasını yarada bilər. Çünki, iqtidar özü
də bu hesablamalarda iki mühüm məqamı nəzərə alır. Birincisi odur ki, Milli Şura partiyaların koalisiyası deyil və burada iki
mühüm partiytadan biri hələ də davam edir. Bununla yanaşı Azərbaycandaki
müxalif etirazşı kəsim istənilən haqlı
etiraza qoşulan dəmir kütlədir. Yəni bu
hərəkətverici qüvvə sabit gücünü qoruya bilir. İkinci odur ki, cəmiyyət yenidən
kütləvi etirazlar üçün çalxalanma
yaşasa, bu artıq keyfiyyətdə dönüş deməkdir. Hakimiyyətin bunu görmək imkanı
var, amma əngəlləmək imkanı yoxdur. Çünki, proses elə istiqamət alır ki, siyasi həyatın əsas
gücü vətəndaş cəmiyyəti ilə həqiqi
siyasi koalisyasında ifadə olunur. Siyasi rəngi isə artıq siyasi partıya yox,
siyasi mövqe müəyyən edir. Bu o deməkdir ki, mübarizə daha təbii xarakter
almağa doğru gedir. Hakimiyyət qısa arxayınçılıq yaşaya bilər. Amma görünən
odur ki, müxalifət daxilindəki
silkələnmə öz məntiqi sonluğuna çatmaqla yeni mərhələni qaçılmaz edir. Bu
mənada aradakı süstlüyü Əliyevin siyasi böhrandan müvəqqəti qaçışı kimi
qiymətləndirmək olar. Amma bunun sonraki mərhələlərini idarə etmək gücü
hakimiyyətdə görünmür. Çünki, hakimiyyət indi öz immun sistemini gücləndirmir,
qarşı tərəfi də yoluxduraraq cəmiyyətinh gözündə özü ilə eyniləşdirmək istəyir.
Bu da ona gətirib çıxaracaq ki, cəmiyyət itirdiklərini əvəzləmək üçün hazırki
gücünə əlavə olaraq daha da yeni
imkanlar və mübarizələr haqqında düşünəcək.
Seymur
Həzi
Short URL: http://www.cumhuriyyet.net/?p=3309