Ziya Məmmədov Fərhad Əliyevin taleyini yaşayacaq?

08.10.2015 - 00:23

Prezidentin iştirakı olan yolun açılışında nəqliyyat naziri iştirak etmədi; Həmin ərazidən deputat olan nazirin qardaşı da tədbirdən kənarda qalıb; Məmmədovların “vurulması” prosesinin sürətlə getdiyini düşünmək olarmı?

ziya1Ölkə başçısı İlham ƏIiyev oktyabrın 6-da yenidən qurulan Göyçay-Ucar avtomobil yolunun açılışında iştirak edib. Açılış mərasimində nəqliyyat naziri Ziya Məmmədovun iştirak etməməsi, onun barəsində yayılan “vəzifədən vurulma” xəbərini bir daha gündəmə gətirdi. Onun əvəzinə yoldakı işlər haqda prezidentə “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov məlumat verib.
Təsadüfi deyil ki, açılış tədbirində həmin ərazidən deputat olan, üzümüzə gələn parlament seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülməyən Z.Məmmədovun qardaşı Elton Məmmədov da iştirak etməyib. Adətən, belə tədbirlərdə görülən işin aid olduğu qurumun rəhbəri və həmin ərazi üzrə deputat olan şəxsin iştirakı vacibdir. Bu konteksdən məsələyə yanaşsaq, Məmmədovların “vurulması” prosesinin sürətlə getdiyini düşünmək olar. Ötən ay Z.Məmmədovun rəhbəri olduğu qurumun səlahiyyətlərinin bir hissəsi alınandan sonra, nəqliyyat nazirinin sabiq iqtisadi-inkişaf naziri Fərhad Əliyevin taleyini yaşayacağı ehtimal olunur.
Politoloq Natiq Miri hesab edir ki, Nəqliyyat Nazirliyi ilə bağlı baş verənlər qurumla əlaqədar deyil, birbaşa Z.Məmmədovla bağlıdır: “Bütün bu hadisələr, xüsusilə Nəqliyyat Nazirliyinin tabeliyində olan bir çox səlahiyyətlərin alınması, başqa qurumların tərkibinə verilməsi, bilavasitə göstərir ki, bu nazirliyin konkret statusu ilə bağlı məsələ deyil. Nazirliyə rəhbərlik edən şəxsin siyasi hüququ ilə bağlıdır. Ola bilsin ki, bu məsələ seçkidən sonra reallaşdırılacaq. İndiki şəraitdə Ziya Məmmədova qarşı hakimiyyətin içərisində çox ciddi bir şəbəkə mövcuddur. Çünki, ona qarşı media qurumlarında da çox ciddi informasiya savaşının getdiyi də görünür. Düşünürəm ki, bunlar təsadüf deyil. Ziya Məmmədovun nazir olaraq, özünə aid məsələlərdə iştirak etməməsi onu göstərir ki, artıq bu məsələ siyasi cəhətdən bitib. Nazirliyin özü də bu məsələ ilə bağlı müəyyən mənada razılaşıb. Etiraf etmək fikrində də deyil. Hakimiyyət bunu tamamlamaq üçün öz zamanlarını gözləyirlər. O zaman isə, çox güman ki, seçkidən sonra olacaq”.
Politoloq avtomobil yolunun açılışında Ziya Məmmədov və qardaşının iştirak etməməsinin vacib məsələ olduğunu da qeyd etdi: “Hakimiyyətin qoyduğu ənənəyə görə, prezident səviyyəsində açılış olursa, həmin ərazinin deputatı mütləq mənada, eyni zamanda, həm də aidiyyatı orqanının rəhbəri iştirak edir. Müəyyən izahları prezidentə deyir. O baxımdan onların iştirakı mütləq idi. Onların iştirak etməməsi göstərir ki, indiki şəraitdə bu şəxslərin prezidentin yanında görünməsi arzu olunan deyil. Bunu da konkret şəbəkə idarə edir. Təbii ki, bu şəbəkə də hakimiyyətin içərisindədir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=34227

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031