Türkiyədəki həbs dalğası Bakı sahillərində

23.01.2014 - 23:45

Azərbaycan məmurlarının başı
üzərində qara kabus: Kəmaləddin Heydərovdan sonra Elman Rüstəmov da hədəfə
gəlir

Ötən saylarımızda Türkiyədəki məlum rüşvət
qalmaqalının, həbslərin Azərbaycan bağlantısı haqda geniş araşdırma dərc
etmişdik. Böyük rezonans doğuran həmin yazıda qaldırdığımız bir çox məsələlər
artıq təsdiqin tapmaqdadır. Belə ki, “Yeni Cumhuriyyət”in araşdırmasından bir
gün sonra tanınmış jurnalist Stanislav Tarasovun “Böyük Rüşvət” Əməliyyatı və Azərbaycan” adlı məqaləsi dərc olundub. Bu
məqalədə göstərilən faktlar da Türkiyədəki rüşvət qalmaqalının Azərbaycandan
yan keçməyəcəyini göstərir. Oxucularımızın marağını nəzərə alaraq bu
istiqamətdə araşdırmalarımızı davam etdirdik və ortaya şok faktlar çıxır.

Azərbaycan bankları hədəfdə: “Bank
of Baku”, “Qafqaz Lizinq”, “Buta Sigorta”

Əldə etdiyimiz məlumata görə istintaq R.Zərrabla bağlılığı olan və
Azərbaycanda bir çox sektorlarda fəaliyyətini hazırda da davam etdirən
“NAB Holding”lə bağlı araşdırmalara başlayıb. Belə ki, “NAB
Holding”in Türkiyə ilə yanaşı, Azərbaycanda geniş fəaliyyət şəbəkəsinə
malikdir. Holdinqin ayrı-ayrı törəmə şirkətlərinə əslən Cənubi Azərbaycandan
olan Nadir, Bəhram və Şəhram Oromi qardaşları rəhbərlik edir.

Bu şirkətlərin rəhbərliyində təmsil olunan Bəhram Orominin Rza
Zərrabla çox yaxın qohum olduğu bildirilir. R.Zərrabın İranla bağlı həyata
keçirdiyi qanunsuz fəaliyyətdə “NAB Holding”in Azərbaycandakı bankı –
“Bank of Baku”dan da istifadə etdiyi araşdırma mövzusu olub. Hazırda bu
istiqamətdə Türkiyədə ciddi istintaq tədbirləri həyata keçirilir. Xüsusilə də
sanksiyaların İrana təsirini azaltmaq və çirkli pulların yuyulmasında “NAB
Holding”in iştirakı məsələsi diqqət mərkəzindədir. Bəzi məlumatlara görə, “NAB Holding”in baş
ofisi Dubayda yerləşir və Nadir Oromi tərəfindən idarə olunur. Əsas ofis isə
Türkiyənin İstanbul şəhərində yerləşir. Məlumat üçün bildirək ki, holdinqin
təməli 1988-ci ildə “NAB Dış Ticarət Ltd” ilə qurulub. Daha sonra
fəaliyyət dairəsini genişləndirərək 2008-ci ildə holdinqə çevrilib.

Mərkəzi İstanbulda yerləşən “NAB Holding”in internet səhifəsində
verilən məlumata görə, Azərbaycan, Türkiyə və Tacikistanda bir sıra sektorlarda
fəaliyyət göstərir. Bura avtomobil, maliyyə, xidmət sektorları daxildir.
“NAB Holding” Tacikistanda “Auto Tajikistan” şirkəti ancaq
“Hyundai” avtomobillərinin satışını həyata keçirir. Azərbaycanda isə bu
siyahı daha genişdir və “Auto Azerbaijan” şirkəti ilə “Hyundai” ilə
yanaşı “Chrysler”, “Jeep”, “Dodge”, “Peugeot” və
“Geely” markalarının distribütorudur. Pərakəndə satış sektorunda isə
şirkət “Baku Electronics”lə fəaliyyətini davam etdirir.

“Samsung”, “Siemens”, “Bosch”, “Tefal”,
“Nintendo”, “Moulinex” və “Canon” kimi tanınmış markalarla
yanaşı, ümumilikdə 80-a yaxın markanın distribütoru olduğu vurğulanır.
Məlumatlara görə, Azərbaycanda bu markaların 50-dən artıq satış nöqtəsi
yaradılıb. “Bank of Baku”, “Qafqaz Lizinq”, “Buta Sigorta” ilə
Azərbaycanda təmsil olunan holdinq, hətta restoran biznesinə da qatılıb. Bakıdakı
“Sultan’s Restaurant” ve “Sultan’s Plus” fast-food zənciri də
“NAB Holding”ə məxsusdur.

“Xalq Bank” qalmaqalı xəmiri çox
su apara bilər

“NAB Holding”in Türkiyədə hazırda araşdırma mövzusu olan
fəaliyyəti isə maliyyə sahəsi ilə bağlıdır. Bundan əvvəl də dəfələrlə mətbuat
orqanlarında “Bank of Baku”nun İranla bağlı gizli fəaliyyəti barədə
məlumatlar yayılıb. Hətta bankın rəhbəri kimi Şəhram Orominin adı məşhur
Wikileaks sənədlərində də çəkilib. Açıqlanan sənədlərdən məlum olur ki, Bakıda
əslən iranlı olan və bu ölkədəki vəziyyət barədə ABŞ səfirliyinə, orada
diplomat kimi akkreditə olunmuş kəşfiyyatçılara müntəzəm məlumatlar verən
agentlər var. Bu agentlərdən alınan məlumatlar “Məxfi” qrifi altında birbaşa
dövlət katibi Hillari Klintona göndərilib. Belə sənədlərdən biri 2009-cu il
martın 9-da ABŞ-ın Bakıdakı səfiri Enn Dersinin Dövlət Departamentinə
göndərdiyi məktubdur. Həmin sənəddə iranlı Adil Şarabianidən bəhs olunaraq
yazılır: “O, İranda valyuta mübadiləsi işçisidir, Tehranla sıx əlaqələri var.
Əvvəllər “Bank Melli İran”ın meneceri işləyib. Hazırda Bakıda orta ölçülü “Xalq
Bank”la sıx biznes əlaqələri var”.

Qeyd: “Xalq Bank” “Bank of
Baku”nun keçmiş işçiləri ilə yaradılıb. Azərbaycanda iranlıların ən çox
müraciət etdiyi bankdır. İranlılar üçün digər tanınmış banklar iranlı
amerikalının idarə etdiyi “Royal Bank of Baku”dur.

Elə buradaca bildirək ki, Türkiyə mətbuatının məlumatına görə,
“17 dekabr əməliyyatı”nın istintaqını aparan prokurorun hazırladığı
dosyedə Rza Zərrabın çirkli pulların yuyulması əməliyyatı sixemlə göstərilib.
Əvvəllər Rusiya mərkəzli sistemlə çirkli pulların yuyulduğu bildirilib. Bu
sistem deşifrə olduğdan sonra “Xalq”bankı üzərindən çirkli pulların
yuyulmasi metodu hazirlanıb. Dosyedə Zərrabın milyardlarla dollarlıq şübhəli
əməliyyatlar həyata keçirdiyi iddia edilir. Məhz bu əməliyyatları
“Xalq” bank vasitəsiylə reallaşdırmaq üçün Zərrabın adı söylənməyən
bir nazirlə və “Xalq” bankın müdiri Süleyman Aslanla münasibətlər
yaratdığı bildirilir. Türkiyə mənbələrinin və mətbuatının iddialara görə, Güney
Azərbaycan kökənli iş adamı Rza Zərrab İranın 100 milyard avro çirkli parasını
yuyub. Məsələnin ən ciddi məqamı odur ki, bu işin müəyyən fraqmentində
Azərbaycan bankları da iştirak edib. Bu sırada “Texnikabank”, “Royalbank” və
“Xalqbank”ın adı hallanır. Məhz İranın çirkli pullarının yuyulmasında iştirak
etdiyinə görə ötən ilin yayında “Royalbank”ın lisenziyası ləğv edilib,
“Texnikabank”ın isə rəhbərliyi həbs edilib və dəyişdirilib. Hər iki bank haqda
cəza tədbirləri ABŞ xüsusi xidmət orqanlarının səhih məlumatları və təkidi ilə
baş tutub. Bəzi iddialara görə, “Xalqbank”ın cəza tədbirlərindən kənarda
qalması onun Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun çətiri
altında olması ilə bağlı olub. Baş bankir öz bankını xilas etmək üçün digər iki
bankı qurban verib. Bu dalğada “Xalqbank”ı himayə etmək E.Rüstəmov üçün çox
çətin olacaq: “Çünki bu artıq kifayət qədər böyük layihədir. 2008-ci ilin 2-ci
yarısından başlayan qlobal maliyyə böhranından Ərdoğan hökuməti ərəb ölkələri
və İranın çirkli pullarının yuyulmasına şərait yaratmaqla çıxdı. Yüz
milyardlarla avro çirkli pul yuyularaq Türkiyə iqtisadiyyatına yatırıldı və
nəinki böhranın təsirləri lokallaşdı, əksinə, ciddi iqtisadi irəliləmələr qeydə
alındı. İndi artıq böhran təhlükəsi arxada qalıb və çirkli pulların
yuyulmasının davam etdirilməsi Ərdoğan hökumətinin təhlükəsizliyinə ciddi
təhdidlər yaradıb. Ona görə də bu işlə məşğul olanların və onların xaricdəki
tərəfdaşlarının cəzalandırılmasına qərar verilib. Böyük məbləğli çirkli
pulların yuyulmasında Azərbaycanda təkcə M. Seyidov yox, gömrük xidmətinin
başqa rəhbər şəxsləri, banklar və iri şirkətlər də iştirak edib. Ona görə də
ehtimal etmək olar ki, bu dalğa Azərbaycanda xeyli vəzifəli şəxsi və iş adamını,
o cümlədən də Mərkəzi Bankın rəhbəri E. Rüstəmovu vura bilər. Özü də E.
Rüstəmov bu məsələdə təkcə “Xalqbank”ın qeyri-rəsmi sahibi kimi yox, həm
də çirkli pulların yuyulmasının qarşısını almağa borclu olan Mərkəzi Bankın
başçısı kimi məsuliyyət daşıyır. Türkiyənin istintaq orqanları həmin şəxslərin,
bankların və şirkətlərin çirkli pulların yuyulmasında iştirakını sübuta
yetirsə, Azərbaycanı da həbs dalğası bürüyə bilər. Türkiyə və Azərbaycan
arasında qarşılıqlı hüquqi yardım haqqında imzalanmış müqavilə də buna hüquqi
əsas yaradır.

Azərbaycan izi silinmir

Göründüyü kimi qardaş Türkiyədə baş verən ilginc olaylar Azərbaycanla
bu və ya digər şəkildə bağlanır. Həm də ona görə ki, həbslərin hədəflərindən
biri – əslən Azərbaycan türkü olan iş adamı Rza Zərrab istintaqa maraqlı
açıqlamalar verib və bildirib ki, o, təlimatları İrandan və Azərbaycandan
alırmış. Bu isə ortaya xeyli müəmmalar çıxarmaqla yanaşı, həm də Rza Zərrabın
Azərbaycanda tərəfdaşı ola biləcək fiqurlarla bağlı mətbuatımızı da hərəkətə keçirib.

Bununla bağlı qəzetimizə ötürülən bilgilərdən belə aydın olur ki,
əslində Rza Zərrabın Rusiyaya göndərdiyi və məşhur qalmaqallı şəkildə də təsvir
olunan 180 milyon ABŞ dolları təkcə Azərbaycanda fəaliyyətdə olan banklar
tərəfindən yuyulmayıb. Eyni zamanda bu vəsaitin Azərbaycanın nüfuzlu məmurları
ilə də əlaqəsi var. Bu barədə mənbənin iddia etdikləri: “Həmin 180 milyon ABŞ
dolları Rza Zərraba ortaqlıq edən azərbaycanlı məmura aiddir. Sadəcə olaraq,
Rza Zərrabın İranın xüsusi xidmət orqanları ilə yaxınlığı nəzərə alınaraq
pullar İran Meli Bankın Azərbaycan filialında yuyulub və bundan sonra xüsusi
partiyalarla və özü də nağd şəkildə Azərbaycandan çıxarılaraq Türkiyəyə
daşınıb”.

Mənbəmiz iddia edir ki, bu işdə Sədərək gömrüyünün də xidmətlərindən
istifadə olunub: “Yəni burada Sədərək gömrüyünün rəisinin və həmçinin
Türkiyədən gömrük qapılarına nəzarət edən fiqurların da həbs olunması təsadüfi
deyil. Söhbət Rusiyaya ötürülən pulların ilk əvvəl Azərbaycandan İran yolu ilə
Naxçıvana aparılmasından, sonra isə Türkiyəyə çatdırılmasından gedir. Bundan
sonra Rza Zərrabın maxinasiyaları ilə həmin pullar Türkiyədə “qeydiyyata
alınır” və ardından da Rusiyaya göndərilir”.

Böyük təhlükə

Türkiyə ilə İran arasında gizli və böyük pul əlaqələrinə dair
informasiyaları ortaya atan güc ABŞ-dan qaynaqlanır. Artıq bu iddia olan
kifayət qədər türk mediası var. ABŞ-ın İranla münasibətlərinin yaxşılaşmaya
doğru başladığı bir zamanda Türkiyənin müstəvidən çıxarılması prossesi artıq
start götürüb. Türkiyə Misirdə, Livanda, Suriyada təşəbbüsü əldən verdikdən
sonra indi ən yaxın qonşusu olan İranla da ilişgilərindən məhrum ediləək. Bu
barədə redaksiyamıza daxil olan mötəbər bilgilərə görə, Ərdoğanın regionun
hegemonluğu uğrunda başlatdığı layihəsini durdurmaq istəyənlər artıq konkret
olaraq fəaliyyətə başlayıblar.

Əgər Ərdoğan iqtidarı yıxılsa, bu prosseslərdən heç şübhəsiz ki,
Azərbaycan iqtidari da əziyyət çəkəcək. Daha dəqiq ifadə etsək Türkiyə ilə bu
və ya digər şəkildə açıq və gizli biznes əlaqələri olan məmurların da sıradan çıxacağı
gözləniləndir. Yeni iqtidar olacaq siyasi qüvvənin Azərbaycanla bağlı
münasibətlərində fundamental olaraq hansısa dəyişikliklər baş verməyə bilər.
Lakin əsas strateji addımlarda köhnə qərarların və icranın təftişi mütləq
aparılacaq. Bununla da nəticə etibarilə Azərbaycan qaranlıq əlaqələrinə görə
yenidən Ərdoğan düzəltmək gücündə olmadığından əziyyət çəkəcək

 

Elçin Əmirov

Short URL: http://www.cumhuriyyet.net/?p=3579

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930