Avropa Məhkəməsindən Azərbaycan iqtidarına növbəti zərbə: “Tofiq Yaqublu dərhal azad edilsin”

05.11.2015 - 15:25

tofiq2Avropa İnsan Haqları Məhkəməsi bu gün vicdan məhbusu, Müsavat başqanının müvini Tofiq Yaqublu ilə bağlı qərar qəbul edib. Bu haqda “Basta”ya Tofiq Yaqublunun vəkili Nemət Kərimli məlumat verib. Məhkəmə Beynəlxalq İnsan Haqları Konvensiyasının 5-ci maddəsinin – azadlıq hüququnun pozulmasını tanıyıb. Qərara əsasən Tofiq Yaqublu dərhal azad edilməli, ona təzminat olaraq 24 000 avro ödənilməlidir.

Qeyd edək ki,  Tofiq Yaqublu 2013-cü ildə qanunsuz olaraq həbs edilmişdi, onun barəsində 5 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılmışdı. Onu da qeyd edək ki, bu, Nemət Kərimlinin Avropa Məhkəməsinə çıxardığı ilk iş idi.

Short URL: http://www.cumhuriyyet.net/?p=37890

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728