Zakir Fərəcovun “vurduğu” müavin kimdir? – Həbibullayev qardaşlarınınn adı MTN və bank oyununda hallanır

11.11.2015 - 11:06

zakir5Sumqayıt şəhərinin yeni icra başçısı Zakir Fərəcov daha bir müavini ilə yollarını ayırıb.

Bu barədə yayılan məlumatda bildirilir ki, icra başçısı Zakir Fərəcov birinci müavini Rövşən Sadıxovdan sonra digər müavini, eyni zamanda, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elgin Şirin oğlu Həbibullayevi də tutduğu vəzifədən azad edib.

Strateq.az xəbər verir ki, Elgin Həbibullayev icra strukturundan təsadüfi adam deyil. O,  ötən ilin mart ayında “Bank of Baku” da Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatdan sonra “ulduz”u müvəqqəti də olsa parlayan Elmir Həbibullayevin qardaşıdır. Bundan əlavə, Elmir Həbibullayev Azərbaycan Beynəlxalq Bankının idarə heyətinbin sabiq sədri Cahangir Hacıyevin sayəsində bank sektorunda nüfuz sahiblərindən biri olub. Təsadüfi deyil ki, Elmir Həbibullayevin bank sektorundakı karyerası ABB-dən başlayıb və o, sürətlə bu sahədə yüksləməyə başlayıb: “Elmir Həbibullayevin Zakir Fərəcov tərəfindən müavin vəzifəsindən azad olunan qardaşı Elgin Həbubullayev isə hazırda Səbailin icra başçısı olan Eldar Əzizovun ən etibarlı kadrlarından biri olub…”.

Yeri gəlmişkən, onu da yada salaq ki, ötən ilin mart ayında “Bank of Baku” da Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatdan bir neçə gün sonra adıçəkilən bankın Müşahidə Şurasın ciddi rəhbər dəyişikliyi olub: «Nəticədə MTN-nin əməliyyatına qədər Müşahidə Şurasının üzvü olan Elmir Həbibullayev “Bank of Baku” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsinə gətirildi. Maraqlı odur ki, bu seçimə qədər bankın səhmlərinin 10 faizinin sahibi və Müşahidə Şurasının sədri olan, eyni zamanda, MTN tərəfindən mart ayında bir neçə günlük saxlanıldığı bildirilən Elçin İsayevin vəzifəsi kiçildildi. O, Elmir Həbibullayevin müşaviri təyin olundu».

Elçin İSAYEV

Strateq.az xəbər verir ki, bu dəyişikliklə bağlı yığıncağın qərarının “mürəkkəbi qurumamış” bankda yenidən “çevriliş” baş verib: «Bu dəfə isə Müşahidə Şurasının sədri Elmir Həbubullayev nəinki sədr postunu, hətta bankda illərlə təmsil olunduğu Müşahidə Şurasındakı üzvlüyünü də itirib. Daha doğrusu, hansısa səbəbdən onu ictimaiyyətin diqqətindən gizlətdilər. Son nəticədə Elçin İsayev yenidən Müşahidə Şurasının sədri vəzifəsinə geri qaytarıldı…

Bunları ona görə xatırladıram ki, ABB-də və son bir ayda MTN-də baş verənlərin fonunda Elgin Həbibullayevin vəzifədən azad olunması arasında əlaqələrin olması mümkün görünür…».

Short URL: http://www.cumhuriyyet.net/?p=38585

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728