Orta məktəbdəki silahlı insidentlə bağlı açıqlama – Rəsmi

12.11.2015 - 12:29

106mQaradağ rayonu Lökbatan qəsəbəsində 106 saylı orta məktəbin 7c sinfində dərs zamanı şagird sinif yoldaşını sinəsindən güllələyib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-ın sorğusuna verilən cavabda hadisə ilə bağlı araşdırma aparıldığını bildirilib:

“Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 106 nömrəli tam orta məktəbdə dərs zamanı baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Daxili nəzarət sektoru tərəfindən araşdırma aparılır. Baş vermiş hadisənin təfsilatı ilə bağlı həmin məktəbin direktoru və texnologiya müəlliminin izahatları alınıb. İlkin araşdırmaya görə hadisə zamanı mediada qeyd edildiyi kimi şagird xəsarət almayıb və hazırda şagird dərsdədir.

Hadisənin baş vermə səbəbləri araşdırıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək”.

Qeyd edək ki, məlumatda əmək təlimi dərsi zamanı müəllim, Bakı sakini 1966-cı il təvəllüdlü Hidayət Qurbanova məxsus Türkiyə istehsalı olan “Kral Air Rfle” markalı pnevmatik tüfəngdən istifadə zamanı şagird 2003-cü il təvəllüdlü Hacı Əliyev ehtiyatsızlıqdan atəş açaraq sinif yoldaşı olan həmyaşıdı Murad Nurzadəni sinəsindən güllələdiyi bildirilib.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=38839

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930