İnternet kəsilməsində təxribat ehtimalı ciddiləşir – VİDEO

17.11.2015 - 01:45

rrAzərbaycanda internetin fasiləsiz təminatında problem baş verib. Problemlə bağlı bir çox dövlət orqanlarına – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə müraciət etdik. Amma hadisənin baş verəmə səbəbləri ilə əlaqədar dəqiq məlumat verilmir.

Ona görə də mütəxəssislər bir çox versiyalar irəli sürürlər. Məsələyə isə İT mütəxəssisi və “Delta Telekom”da təcrübə keçmiş Cahid İsmayılov aydınlıq gətirib.

– “Delta Telekom”da təcrübə keçmiş birisi kimi yaxşı bilirsiniz ki, bu çox ağıllı bir sistemdir. Təsadüfən ölkənin bu cür intrenetsiz qalması nə dərəcədə mümkündür?

– Hazırda ölkənin baş provayderi “Delta Telekom”dur və uzun bir müddətdir ki, fəaliyyət göstərir. Bu müddət ərzində belə bir fakt qeydə alınmamışdı. Xatırladım ki, həm ölkəmizdə enerjinin verilməsində məhdudiyyətin yarandığı bir zamanda, həm də təbii fəlakət vaxtı internet kəsilməmişdi. Artıq xeyli vaxtıdır ki, Azərbaycanda internet yoxdur. Biz bu halla ilk dəfədir ki, qarşılaşırıq. Buna görə də məhz bunu təxribatın olması ehtimalı üzərində daha çox dayanırıq.

– İnsanın müdaxiləsi dedikdə təsadüfən, yəni kiminsə bilmədən hansısa, bir avadanlığa toxunması və yaxud də qəsdən bilə-bilə ola bilər?

– Orada sadə bir sistem quraşdırılmayıb, mürrəkəb bir sistemdir. Səbəb internet kəsildiyi zaman alternativ xidmətlərdən istifadə olunsun. Elektrik erejisinin verilişi dayandığı zaman serverlər generatorlar vasitəsilə elektirk enerjisilə təmin olunur. Nəticədə isə internetin təminatında məhdudiyyət yaranmır. Texniki təchizata nəzər yetirsək internetin uzun bir müddətə kəsilməsini məhz texniki məsələlərlə bağlamaq inadırıcı deyil. Kiçik bir araşdırma sonucunda aydın olur ki, bu daha çox təxribata bənzəyir.

Müsahibənin davamı aşağıdakı video materialda.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=39484

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930