Azərbaycan ermənilərin pilotsuz uçuş aparatını vurdu

07.12.2015 - 10:13

aparatBu gün Beyləqan rayonu ərazisində iki dəfə partlayış səsi eşidilib. Səs rayon sakinlərinin narahatlığına səbəb olub.

Musavat.com dəqiqləşdirib ki, Beyləqanın Allahyarlı kəndində ermənilərin pilotsuz uçuş aparatı vurulub. Eşidilən partlayış səsi də bununla bağlıdır və rayon ərazisində heç bir bədbəxt hadisə baş verməyib.

Xatırladaq ki, indiyədək cəbhə xəttində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus bir neçə pilotsuz uçuş aparatı (PUA) atəş nəticəsində məhv edilib.

Pilotsuz uçuş aparatı taktiki dərinlikdə hava kəşfiyyatı tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. Aparat proqramlaşdırılmış avtopilotla, video və fotokameralı avadanlıqla təchiz olunub. PUA yerdən operator tərəfindən idarə olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=43265

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31