Prezidentdən məmurlara sərt mesaj: “Toxunulmaz adam yoxdur, cəzalandırılacaqlar”

26.01.2016 - 13:36

rr“Nə üçün məmurlar öz kabinetlərində yerli istehsal olan mebellərdən istifadə etmirlər? Bizdə yerli şirkətlər var”. ANS PRESS-in məlumatına görə, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Azərbaycan prezidenti İlham Əliyev söyləyib.
O, məmurları təvazökar olmağa, yekəxanalıqdan uzaq olmağa çağırıb. Azərbaycan prezidenti deyib ki, korrupsiya bütün ölkələr üçün böyük bəladır. “Korrupsiyaya qarşı cəza tədbirləri tətbiq olunur və olunacaq. Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur. Hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər”.
Onun sözlərinə görə, xidməti maşın kimi isə Naxçıvanda istehsal edilən “Naz Lifan” markalı maşınlardan istifadə etmək olar. O, məmurlara bu avtomobilləri daha çox almalarını tövsiyə edib. Belə olacağı təqdirdə həm yerli istehsal artacaq, həm də xaricə valyuta axmayacaq.”Mənə yerli istehsal olan hərbi ayaqqabı göstəriblər. Çox yaxşı ayaqqabı idi. Amma bizim bəzi qurumlar xaricdən alırlar. Nə üçün?”
Dövlət başçısı ölkədəki bankların vəziyyətinə də toxunub. O deyib ki, tələblərə cavab verməyən, böyük qüsurları olan banklar Azərbaycanın bank sektorunda fəaliyyət göstərə bilməz. Bu sektor sağlamlaşdırılmalıdır. “Bu proses, təəssüf ki, ləng gedir, prosesi sürətləndirməliyik. Bank sektoru iqtisadiyyatın real sektorunu daha çox kreditlərlə təmin etməlidir. Mən göstəriş vermişdim ki, hər bir rayonda sənaye zonası yaradılsın, amma bu proses zəif gedir. Bölgələrə investisiya axınını daha çox Azərbaycan dövləti, sahibkarlar təşkil edirdilər. İndi icra hakimiyyətləri daha fəal olmalıdır. Nə qədər iş yeri açılıb, müəssisə yaradılıb, investisiya cəlb edilib? İcra hakimiyyətlərinin fəaliyyətinə buna əsasən qiymət veriləcək”.
O, həmçinin deyib ki, Azərbaycanda genişmiqyaslı özəlləşdirmə həyata keçirilməlidir. Çünki elə müəssisələr var, 20 ildir, işləmir, ancaq nədənsə özəlləşdirməyə çıxarılmır. İ.Əliyev deyib ki, bizə aparıcı xarici məsləhətçi şirkətlər lazımdır, çünki aparılan özəlləşdirmə şəffaf olmalı, dövlətin maraqları təmin edilməlidir”.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans ötən il Heydər Əliyev Mərkəzində baş tutub.

Short URL: http://www.cumhuriyyet.net/?p=51291

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728