Sabiq azərbaycanlı nazirin bağ evindən 1 milyon dollar oğurlandı – FOTO

13.02.2016 - 10:52
pul dollarBu, nazirin işdən azad edilməsindən bir neçə həftə sonra baş verib.
Azərbaycanın sabiq rabitə və yüksək texnologiya naziri Əli Abbasovun Goradil qəsəbəsində yerləşən bağ evindən 1 milyon dollar oğurlayıblar.
Haqqin.az bu barədə hüquq-mühafizə oraqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Oğurluq nazirin işdən azad olduqdan bir neçə həftə sonra baş verib.
Məlumata görə, axtarış-istintaq tədbirləri nəticəsində qarətçilər həbs ediliblər.
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Əli Abbasovun və digər məsul əməkdaşları simasında əvvəlki rəhbərliyi korrupsiyada ittiham ediliblər. Nazirliyin 20-yə yaxın əməkdaşı həbs edilib, istintaq aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=53461

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728