Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərləri sənəd imzaladılar – BİRGƏ BƏYANNAMƏ
Fevralın 19-da Tbilisidə Azərbaycanın, Gürcüstanın və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Mixail Canelidze və Mövlud Çavuşoğlu 5-ci üçtərəfli görüşün nəticələri ilə bağlı Birgə Bəyannamə imzalayıblar.
Virtualaz.org bildirir ki, Bəyannamədə üç ölkə arasında regional əməkdaşlığa dair layihələrin önəmi qeyd edilib. Həmçinin Azərbaycanı və Gürcüstanı narahat edən münaqişələrə münasibət əksini tapıb.
Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstək bir daha vurğulanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=54575