AŞ PA prezidenti Azərbaycana səfərinin məqsədini açıqladı

29.02.2016 - 16:27

pedroAvropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramunt jurnalistlərə açıqlamasında Azərbaycana səfərinin məqsədini açıqlayıb.

Trend-in məlumatına görə, Assambleyanın prezidenti bildirib ki, bu gün bir sıra QHT nümayəndələri ilə görüşlər keçirib: “Çox açıq müzakirələr aparmışıq. Gün ərzində Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti və Milli Məclisin sədri Oqtay Əsədovla da görüşlər keçirəcəyik”.

P.Aqramunt səfərin məqsədinin Azərbaycanla AŞ PA, həmçinin Assambleyanın bütün qurumları, o cümlədən Baş Katiblik, Venesiya Komissiyası arasında əlaqələrin inkişaf etdirilməsi olduğunu deyib: “Hazırda Azərbaycanla AŞ PA arasındakı münasibətlər çox yaxşı səviyyədədir. Lakin hesab edirəm ki, bəzi məsələlərin müzakirə edilməsinə ehtiyac var. Mən əvvəlki kimi Bakıya məruzəçi kimi gəlməmişəm. Məqsədim burada Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsinə kömək göstərməkdir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=55889

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728