Kaladze Bakı səfərindən danışdı: “FAKTİKİ RAZILIQ ƏLDƏ ETMİŞİK”

01.03.2016 - 14:05

kaladzeAzərbaycandan əlavə qaz alışına dair razılıq, demək olar ki, əldə edilib.

“Georgia Online” xəbər verir ki, bunu Gürcüstan baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, “Şahdəniz” boru kəmərindən əlavə qaz həcmi almaq imkanı mövcuddur.

“Bakıya səfərim çərçivəsində mən Azərbaycan prezidenti İlham Əliyevlə, o cümlədən SOCAR-ın rəhbəri ilə görüşdüm. Görüşlərdə “Şahdəniz” layihəsi müzakirə olundu.

SOCAR prezidenti ilə görüşdə biz əlavə qaz həcmlərinin alınmasını müzakirə etdik. Bu, bizim daxili tələbatımız üçün olduqca mühüm məsələdir.

Faktiki olaraq, əlavə qaz həcmlərinin alınması ilə bağlı razılıq əldə olunub”, – Kaladze bildirib.

Baş nazirin müavini əlavə edib ki, Gürcüstan hökumətinin Rusiyanın “Qazprom” şirkəti ilə apardığı danışıqlar gələn həftə yekunlaşmalıdır.

“Bununla əlaqədar biz çox güman ki, bir neçə günə danışıqları yekunlaşdıracağıq və ölkəmizə və bizim sahəyə lazım olan nəticəni əldə edəcəyik”, – Kaladze bəyan edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=56046

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728