Gürcüstanla Azərbaycan arasında müqavilə imzalandı
Gürcüstanın energetika naziri Kaxa Kaladze və SOCAR-in prezidenti Rövnəq Abdullayev arasında Azərbaycandan nəql olunan qazın həcminin artırılmasına dair 4 saziş imzalanıb. Birinci müqavilə Qaz tədarükü müqaviləsinə edilən dəyişikliklər barədədir və bu sənədi SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, Gürcüstan Neft Qaz Korporasiyasının baş direktoru David Tvalebeyişvili, «SOCAR Gas Export-Import» MMC-nin direktoru Zaur Quliyev imzalayıb.
Qaz alqı – satqı müqaviləsinə dəyişikliklərin edilməsi barəsində olan ikinci sazişi SOCAR prezidenti və Gürcüstan Neft Qaz Korporasiyasının baş direktoru imzalayıb.
Hüquqların ötürülməsi barədə Aktı isə Rövnəq Abdullayev, “SOCAR Georgia Gas” MMC-nin Direktoru Azər Məmmədov və Gürcüstan Neft Qaz Korporasiyasının baş direktoru imzlayıb.
SOCAR və “SOCAR Georgia Gas” MMC arasında qaz alqı-satqısı barədə müqaviləsini isə Rövnəq Abdullayev və “SOCAR Georgia Gas” MMC-nin direktoru Azər Məmmədov imzalayıb.(anspress.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=56635