Oqtay Əsədov Türkiyəyə rəsmi səfərə gedir

09.03.2016 - 16:54

oqtay-esedovMartın 10-11-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkiyədə rəsmi səfərdə olacaq.

Virtualaz.org-un məlumatına görə, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu jurnalistlərə müsahibəsində bildirib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası işçi qrupunun başçısı Əhliman Əmiraslanov, deputatlardan Şəmsəddin Hacıyev, Ağalar Vəliyev, Malik Həsənov, Çingiz Qənizadə, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Qeyd edilib ki, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Ankarada Türkiyə Böyük Millət Məclisinin fəaliyyəti ilə yaxından maraqlanacaqlar. Burada Milli Məclis sədri Oqtay Əsədovun Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahramanla görüşü nəzərdə tutulub. Görüşdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, hər iki parlamentdə fəaliyyət göstərən dostluq qrupları arasında münasibətlərin daha da dərinləşməsi barədə söhbətlər aparılacaq.

Akif Təvəkküloğlu diqqətə çatdırıb ki, rəsmi səfər zamanı Milli Məclis sədrinin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla, ölkənin Baş naziri Əhməd Davudoğlu ilə görüşləri də gözlənilir. Bu görüşlərdə ikitərəfli əlaqələrin daha da inkişafı, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, regionda vəziyyət, bölgədəki münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=57229

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728