Ərdoğanın Bakıya gələcəyi tarix bilindi

10.03.2016 - 16:40

erdoqanTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan apreldə Bakıya gələcək və BMT-nin sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edəcək.

Bu barədə Türkiyənin Bakıdakı səfiri İsmayıl Alper Coşqun virtualaz.org saytına açıqlamasında bildirib.

Xatırladaq ki, Ərdoğan fevralın 18-də Türkiyə-Azərbaycan Yüksək Strateji Şurasının toplantısında iştirak etmək üçün Bakıya səfər etməliydi. Lakin Ankarada törədilən terror səfərin təxirə salınmasına səbəb oldu.

Səfir Ərdoğanın Bakıya əvvəl planlaşdırılan səfərinin onun Qlobal Forumda iştirakı ilə eyni vaxtda baş verəcəyini hələ dəqiq bilmədiyini deyib: “Bu məsələ Ankarada müzakirə olunur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=57359

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728