Ordumuz ermənilərin hərbi hissəsini məhv edib – Ağdam əməliyyatından yeni məlumatlar

11.03.2016 - 14:20

ordu2Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonu istiqamətində – Ermənistan Ordusunun cəbhənin dərinliyindəki obyektinə vurduğu zərbənin təfərrüatları məlum olub.

“AzeriDefence”nin məlumatına görə, martın 10-dan 11-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələri cəbhənin dərinliyində yerləşən ermənilərin Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi hissəsinə zərbə endirib.

Hücum nəticəsində hərbi hissənin istifadəsində yer alan P-18 və P-19 radiolokasiya stansiyaları, habelə bu stansiyaların enerji təminatını həyata keçirən dizel generatoru məhv edilib, hərbi hissənin nəzarət məntəqəsi tamamilə sıradan çıxarılıb. İlkin məlumatlara görə ən azı 15 hərbi qulluqçu həlak olub.

Qeyd edək ki, Müdafiə Nazirliyi cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısının alındığını açıqlayıb.

Düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib. Nəticədə Ermənistan Ordusunun təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=57468

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728