Ankarada növbəti dəhşətli terror aktı – VİDEO
Türkiyənin paytaxtı Ankara şəhərində növbəti güclü partlayış olub. Bizimyol.info xəbər verir ki, “Güvenpark” adlı ərazidə güclü partlayış baş verib. Hadisənin terror aktı olduğu güman edilir.
Partlayış nəticəsində 6 avtomobil yanıb. Partlayış 10 avtobusun dayandığı meydanda baş verib. Ərazidəki bəzi binaların da ciddi zərər gördüyü deyilir. Ankara valiliyi 27 nəfərin həyatını itirdiyi, 75 nəfərin isə ağır yaralandığını bildirib. Türkiyə prezidenti R.T.Ərdoğan hadisə ilə bağlı daxili işlər naziri ilə telefonla danışıb və ondan son məlumatları alıb.
Qeyd edək ki, partlayışın baş verdiyi yer paytaxtın ən mərkəzi yerdir və 1 nömrəli protokol yolu buradan keçir. Baş nazirlik də bu bölgədə yerləşir.
Bizimyol.info
Mənbə: DHA, CnnTurk, Haberturk
Short URL: http://www.cumhuriyyet.net/?p=57564