Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır

15.03.2016 - 09:38

putin7Rusiya prezidenti Vladimir Putin ölkənin müdafiə naziri Sergey Şoyquya tapşırıb ki, martın 15-dən başlayaraq Rusiya hərbi qüvvələrinin əsas hissəsini Suriyadan çıxarmağa başlasın.

Virtualaz.org «Rusiya xəbərlər xidməti»nə istinadən bildirir ki, Putin deyib: «Hesab edirəm ki, Rusiya Hərbi-Kosmik Qüvvələri əsas vəzifələrini yerinə yetiriblər». O qeyd edib ki. Suriyadakı hərbi əməliyyat dövründə yalnız hərbi uğurlar qazanılmayıb.

«Hərbi-Kosmik Qüvvələrimizin Suriyadakı fəaliyyəti sülh tənzimlənməsi prosesinə kömək edib. Biz beynəlxalq terrorizmə qarşı durduq», – Rusiya prezidenti belə deyib.

Rusiya prezidentinin mərbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putin Bəşər Əsədlə telefonla danışıb. RF prezidenti Suriyanın dövlət başçısı ilə Rusiya hərbi qüvvələrinin yerdəyişməsi barədə qəıbul olunmuş qərarı razılaşdırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=57711

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31