OPEC neft hasilatını azaldacaq

16.03.2016 - 17:22

opecOPEC ölkələrinin neft hasilatı son bir il ərzində ilk dəfə olaraq fevral ayında 175 min. barel/gün və ya 0,5% azalıb. İraq və Nigeriyada hasilat azalırkən, Səudiyyə Ərəbistanında maksimal həddə qalıb.

Cümhuriyyət.az report-a istinadən bildirir ki, OPEC-in fevralda neft hasilatı 32,28 mln. barel/gün təşkil edib. Ümumilikdə isə qlobal neft təklifi fevralda 210 min barel/gün və ya 0,2% azalaraq 92,73 mln. barel/gün təşkil edib. Əsas azalma İraqın şimal regionlarından nəqletmədə yaranan problemlərdən qaynaqlanıb və 263 min barel/günə bərabər olub. Nigeriya və BƏƏ müvafiq olaraq gündəlik satışı 94 min və 49 min barel azaldıb. Azalmanı ən çox İran kompensasiya edib. Belə ki, fevralda İranın neft satışı 187,8 min barel/gün artıb.

Rusiya Energetika Nazirliyinin açıqlamalarına görə, 2016-cı ildə OPEC üzvü olmayan ölkələrdə hasilat 700 min barel/gün azalacaq. Rusiya üçün isə 2016-cı ilin yekununa hasilatın cəmisi 20 min barel/gün azalacağı proqnozlaşdırılır. Qeyd edək ki, fevral ayında Rusiya neft hasilatını yanvarla müqayisədə 10 min barel/gün artıraraq 11,08 mln. barel/günə yüksəldib.

Qeyd edək ki, əsas neft hasilatçılarının hasilatı dondurmaq üçün keçirəcəkləri görüşün aprelin 17-də Qətərin paytaxtı Dohada baş tutacağı müəyyənləşib. İran tərəfinin bu görüşdə iştirakı gözlənilmir. “Report”un analitik qrupu bu görüşdə əsaslı qərarın qəbul olunacağını düşünmür. Neft hasilatının yanvar ayı səviyyəsində dondurulması neft hasilatının hazırkı izafi həcminə təsir göstərməyəcək və təklif tələbi üstələməyə davam edəcək. Lakin bu tarixə qədər spekulyativ olaraq neftin qiymətinin 50 dollar/barelə qədər artması mümkündür.

Short URL: http://www.cumhuriyyet.net/?p=57973

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31