Rauf Mirqədirlinin azadlıqda ilk açıqlaması: “Güclü baş ağrılarım var, gözlərim ağrıyır”
Virtualaz.org xəbər verir ki, Rauf Mirqədirov barəsində çıxarılmış həbs cəzası şərti cəza ilə əvəzlənməklə azadlığa buraxılıb.
Mirqədirov azadlığa buraxılandan sonra jurnalistlərə açıqlamasında günahsız olaraq həbs edildiyini, ona qarşı irəli sürülmüş ittihamların əsassız olduğunu deyib. Jurnalist bildirib ki, nəinki Ermənistan, eləcə də hər hansı başqa ölkənin xüsusi xidmət orqanları ilə heç vaxt əməkdaşlıq etməyib. “Mənim həbsim Azərbaycanı istəməyən qüvvələrin işi idi”-jurnalist deyib.
R.Mirqədirov deyib ki, həbsdə olarkən təkadamlıq kamerada saxlanılıb, səhhətində problemlər var. “Güclü baş ağrılarım var, gözlərim ağrıyır. Yəqin ki, ilk növbədə səhhətimdə yaranan problemlərlə bağlı müalicə almağa çalışacağam”-o deyib. R.Mirqədirov həbsdə olduğu müddətdə ona dəstək verən həmkarlarına, insan haqları müdafiəçilərinə, azadlığa çıxmasında rolu olan hər kəsə minnətdarlıq edib. Bununla belə əlavə edib ki, şərti cəza hələ tam azadlıq deyil və haqqında çıxarılmış hökmdən bəraət almağa çalışacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=58025