NATO-nun baş katibindən vacib Qarabağ çağırışı: “Münaqişənin sülh yolu ilə həllinə çağırırıq”
NATO Dağlıq Qarabağ münaqişəsi tərəflərini siyasi iradə nümayiş etdirmək və münaqişənin sülh danışıqları yolu ilə nizamlamağa çağırır.
Bu barədə “Azadlıq” radiosunun İrəvan bürosunun NATO baş katibi Yens Stoltenberqə ünvanladığı yazılı suallara verilən cavabda bildirilir.
Şimali Atlantika Alyansı tərəfləri konstruktiv olmağa çağırır.
“Bu kimi uzadılmış münaqişələr müttəfiqlərin xüsusi narahatlığı üçün səbəbdir. Biz əvvəlki kimi, Qafqaz regionunda sulh və stabilliyi Avroatlantikanın təhlükəsizliyi üçün başlıca səbəblərdən biri kimi nəzərdən keçiririk. Biz region ölkələri ilə həm siyasi, həm də əməli aspektlərdən əməkdaşlığı davam etdirəcəyik”, – deyə NATO-nun yazılı cavabında bildirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=58107