Azərbaycanın xalq yazıçısı vəfat etdi

23.03.2016 - 10:07
maqsud-ibrahimbeyovXalq yazıçısı Maqsud İbrahimbəyov uzun sürən ürək xəstəliyindən sonra vəfat edib.
Cümhuriyyət.az-ın Azərbaycan Yazıçılar Birliyinin saytı ayb.az-a istinadən verdiyi məlumata görə, 81 yaşlı yazıçı bu gün dünyasının dəyişib.
Qeyd edək ki, yazıçı, nasir, kinodramaturq, rejissor Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Bakıda orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb (1955-1960). Eyni zamanda institutun çoxtirajlı “Politexnik” qəzetində ştatdankənar müxbir kimi çalışıb. Tələbə inşaat dəstələrinin tərkibində istehsalat praktikasını xam torpaqlarda tikinti işlərində keçirib (1958-1959). Azərbaycan Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində mühəndis (1960-1962), Moskva Ali ssenaristlər kursunda müdavim (1962-1964), Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri (1964-1971), Moskva Ali rejissorluq kurslarında müdavim (1971-1973) olub.
1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət mükafatı laureatı (1976), Azərbaycan SSR Əməkdar İncəsənət xadimi (1979), Azərbaycan Respublikasının xalq yazıçısı (1998), Azərbaycan Respublikası Sülh Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995, 2000, 2005). Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, Luiziana (ABŞ) ştatının Fəxri senatoru, Minneapolis şəhərinin (ABŞ) Fəxri vətəndaşı, Azərbaycan Respublikası PEN – klubunun prezidenti. “Şöhrət” (1995) və “İstiqlal” (2005) ordenləri ilə təltif olunub. Azərbaycanın Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qardaşıdır.
Onun “Mezozoy əhvalatı” pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutmuşdur. .”Mezozoy əhvalatı”, “Bayquş gəlmədi”, “Yay tətili”, “Bütün yaxşılıqlar üçün – ölüm!”, “Truskavetsə kim gedir?”, “Sən nəğməmsən mənim”, “Ona görə ki, mən Ayvar Lidakam” və s. ssenariləri əsasında filmlər çəkilib.
“Qəza”, “Bir az da sevinc”, “Eşitmədiyim mahnı”, “Qoy o bizimlə qalsın” və s. adlı kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılıb. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. “Bayquş gəlmədi” və “Bütün yaxşılıqlar üçün – ölüm!” əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət Mükafatı verilib.
Allah rəhmət eləsin!

Short URL: http://www.cumhuriyyet.net/?p=58431

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31