“Zaminbank”ın filial müdirini belə öldürdülər – ŞOK VİDEO

24.03.2016 - 10:52

olumÖtən il aprelin 21-də “Avropa” otelində “Zaminbank”ın Nəsimi filialının sədri Azər Məmmədovun qətlə yetirilməsinə səbəb olan hadisənin videosunu yayımlamışdıq.

Qafqazinfo qətlin baş vermə anının görüntülərini əldə edib.

Qətldə təqsirləndirilənlərdən biri, Mövlud Səfərovun vəkili Cavid Rzazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, videoda olan görüntülər hadisənin necə baş verməsini əks etdirir və hüquqlarını müdafiə etdiyi Mövlud Səfərovun təqsirsizliyi, Sənan Quliyevin isə məhz özünü müdafiə həddini aşmaqla Azər Məmmədova ölümcül xəsarət yetirdiyi, habelə qəsdən adam öldürmə cinayətinin törədilmədiyi açıq-aşkar görünür: “Mövlud Səfərovun barəsində ittiham hökmü çıxsa da, həmin hökmdən apellyasiya şikayəti verilib. Müdafiə tərəfi Azərbaycanda ədalətli və vicdanlı məhkəmə araşdırmasının aparılacağına və nəhayətdə bəraət hökmünün qəbul ediləcəyinə inanır. Videonun cəmiyyətdə izlənməsi ictimai fikri formalaşdıracaq və məhz bu sübut müdafiə tərəfinə böyük ümidlər verir”.

Qeyd edək ki, cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən şikayət üzrə Bakı Apellyasiya Məhkəməsində hazırlıq iclası martın 29-da keçiriləcək.

Onu da əlavə edək ki, videonun üzərindəki qeydlər vəkilə məxsusdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=58570

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31