General şikayət verdi – Həbs müddətinin uzadıldığına görə

25.03.2016 - 10:00

subahir-qurbanovLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov apellyasiya şikayəti verib.

«Report»un xəbərinə görə, o, həbs müddətinin uzadılmasına dair Səbail rayon Məhkəməsinin qərarına etiraz edir.

Bakı Apellyasiya Məhkəməsində bu şikayətə martın 28-i, hakim Vaqif Mursaqulov baxacaq.

Martın 7-də Səbail rayon Məhkəməsində S.Qurbanovun həbs müddəti 4 ay uzadılıb.

Baş Prokurorluğun məlumatına görə, ləğv edilən MTN-in 21 sabiq əməkdaşı haqqında cinayət işi başlanıb. 19 nəfər həbs edilib, 1 nəfərdən başqa yerə getməmək haqqında iltizam alınaraq sərbəst buraxılıb. 1 nəfər isə axtarışa verilib.

57 nəfər şəxs də işdə zərər çəkmiş qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.

S.Qurbanov ötən ilin noyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham edilir.

Ötən il prezident MTN-i ləğv edib. Onun bazasında iki qurum – Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətləri yaradılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=58685

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31