Elnur Məmmədliyə yeni vəzifə

29.03.2016 - 12:50

elnur-memmedliPekin Olimpiyadasının qızıl medalçısı Elnur Məmmədli Yol Patrul Xidmətindəki işindən ayrılıb.

Bizimyol.info-nun avtosfer.az-a istinadən məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsində hərəkətin təşkili şöbəsinin baş inspektoru vəzifəsini tutan Elnur Məmmədli bir neçə gündür işdən azad olunub.

Bildirilir ki, Olimpiya çempionu Elnur Çingiz oğlu Məmmədli artıq yeni işlə təmin edilib. O, Dövlət Təhlükəsizlik Xidmətində mühüm vəzifəyə təyin olunub.

Elnur Məmmədlinin DYP-dən getməsi xəbərini Bakı şəhər DYPİ-dən təsdiq ediblər.

Xatırladaq ki, Elnur Məmmədli Polis Akademiyasını bitirib. Yol polisi sıralarında işləyərkən rütbəsi polis kapitanı idi.

Short URL: http://www.cumhuriyyet.net/?p=59103

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31