Bakıdan Sarkisyanın şərtlərinə cavab

29.04.2016 - 14:16

sarkisyan4Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan prezidenti Serj Sarkisyanın  danışıqlarla bağlı irəli sürdüyü 3 şərti şərh edib. ANS PRESS-in məlumatına görə, nazir bildirib ki, şərtlərlə bağlı  heç nə dəyişməyəcək.
“Bir tərəfdən deyirlər ki, danışıqlar olmayacaq. Digər tərəfdən isə deyirlər ki, biz Azərbaycanı danışıqlara məcbur edəcəyik. Azərbaycan dəfələrlə bəyan edib ki, status – kvo qəbuledilməzdir”. İrəvanda bəlkə də fikirləşirlər ki, belə şərtlərlə münaqişənin həllini  25 il də uzada bilərlər. Amma belə deyil. Bu məsələ tez həll edilməlidir”.

Nazir deyib ki, bu şərtlərlə sülh prosesini sürətləndirmək mümkün olmayacaq. Bu sülh prosesinə zərbə vuracaq.

Elmar Məmmədyarov - Azərbaycan xarici işlər naziri

Elmar Məmmədyarov – Azərbaycan xarici işlər naziri

Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların bərpa olunması üçün şərtlər irəli sürüb.

ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə,  bu gün  Sarkisyanın iştirakı ilə Ermənistan Respublika Partiyasının (ERP) toplantısı baş tutub. Toplantıdan sonra ERP-nin mətbuat katibi, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov jurnalistlərə açıqlama verərək, Serj Sarkisyanın Dağlıq Qarabağ münagişəsi üzrə danışıqların bərpa edilməsi üçün 3 şərt irəli sürdüyünü bildirib.

Şarmazanov sözlərinə görə, şərtlər aşağıdakılardan ibarətdir:

– İnsidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi;

– Ünvanlı bəyanatlar;

– Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı aqressiyaya əl atmayacağına dair zəmanət verilməsi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=62849

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930