Elmar Məmmədyarov Qətərə gedəcək

18.05.2016 - 16:07

elmar-memmedyarovAzərbaycan xarici işlər nazirinin rəhbərliyi ilə yüksək səviyyəli nümayəndə heyətinin 21-23 may tarixlərində Dohaya səfər edəcəyi gözlənilir. Məqsəd “Sabitlik və çiçəklənmə hamı üçün” adlı 16-cı Doha Qlobal Forumunda iştirak etməkdir.

Bunu Qətərin Azərbaycandakı səfiri Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidə bildirib.

E.Məmmədyarov mayın 22-də “Beynəlxalq və regional status-kvo və çağırışlarla üzləşməyin vasitələri” adlı birinci plenar sessiyada çıxış edəcək.

Artıq BMT baş katibi Pan Gi Munun da forumda iştirak edəcəyi təsdiqlənib.

Qeyd edək ki, 16-cı Qlobal Doha Forumunda beynəlxalq, regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdəki vəziyyət, qlobal iqtisadiyyat, inkişafda olan ölkələrdə vətəndaş cəmiyyətinin inkişafı və davamlı inkişaf kimi məsələlərin müzakirəsi planlaşdırılır. (APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=64431

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728