Yerevandakı ABŞ səfiri: Hamı iyun görüşündən münaqişənin həllini gözləyir

18.05.2016 - 16:16

richard-millsATƏT-in Minsk Qrupunun həmsədrləri, ABŞ hökuməti Ermənistan və Azərbaycan prezidentlərinin iyunda baş tutacaq mümkün görüşünün hamımızın can atdığı Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli nizamlanmasına gətirib çıxaracağına ümid edir.

Virtualaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, bunu Yerevanda keçirilən ABŞ-Ermənistan biznes konfransı çərçivəsində jurnalistlərlə söhbət zamanı ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Mills deyib.

Diplomatın qiymətləndirməsinə görə, Vyanadan gələn xəbərlər ümidvericidir.

“Bu, nailiyyət idi, belə ki, hər iki tərəf 1994-1995-ci il razılaşmalarına sadiqliklərini təsdiqləyib”, – deyə Mills vurğulayıb.

Təmas xəttində insidentlərin araşdırılması mexanizminin yaradılması ilə bağlı qəbul edilən qərarın müsbət qiymətləndirilməli olduğunu söyləyən səfir, bunun tərəflərin xoş məram və hazırlıqlarının göstəricisi olduğunu bildirib.

“Minsk Qrupunun həmsədrləri ardıcıl xətt yeritməyə və hazırkı tendensiyanı inkişaf etdirməyə hazır olduqlarını bildiriblər”, – Riçard Mills qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=64433

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930