Azərbaycan hərbi xərclərini artırdı – Büdcə
2015-ci ilin dövlət büdcəsindən müdafiə xərclərinə 3 milyard 221,4 milyon manat vəsait yönəldilib.
Maliyyə Nazirliyindən verilən məlumata görə, bu rəqəm 2014-cü illə müqayisədə 383,3 milyon manat və ya 13,5 faiz çoxdur.
Həmçinin hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə ümumi dəyəri 50,6 milyon manat olan 471 mənzil Azərbaycan Silahlı Qüvvələrində 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mülkiyyətinə verilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=64576