Rusiya XİN: “Azərbaycan Rusiyanın tərəfdaşıdır, müttəfiqi deyil”

20.05.2016 - 11:52

aleksey-pallovskiRusiya ilə Ermənistanın müttəfiq münasibətləri var, eyni zamanda Azərbaycanla münasibətlər müttəfiq münasibətləri deyil, biz onları strateji tərəfdaşlıq kimi xarakterizə edirik.

Virtualaz.org “Ermənistan xəbərləri” portalına istinadən bildirir ki, bunu Moskvada erməni jurnalistlərlə söhbəti zamanı Rusiya Xarici İşlər Nazirliyinin Dördüncü MDB ölkələri departamentinin firektoru Aleksey Pallovski deyib.

“Hər iki söz anlaşılandır. Tərəfdaşlıq o deməkdir ki, biz qarşılıqlı əməkdaşlıq edirik, strateji isə bu əməkdaşlığın uzunmüddətli xarakter daşıdığını göstərir. Rusiya-Azərbaycan münasibətlərinin əsasını təşkil edən obyektiv amillər başa düşüləndir: coğrafi yaxınlıq, iqtisadi əlaqələr, Rusiyada nəhəng azərbaycanlı diasporunun mövcudluğu, biz bunu strateji tərəfdaşlıq adlandırırıq. Hərbi-sityasi ittifaqda olduğunuz, biz sıra qarşılıqlı yardım, o cümlədən hərbi sahədə müqavilələrimizin olduğu Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyanın müttəfiqi deyil”, – Pavlovski qeyd edib.

Diplomatın sözlərinə görə, fərq məhz bundadır və Azərbaycan və Ermənistanla münasibətlərin eyni səviyyədə nəzərdən keçirildiyini demək o qədər də düzgün deyil.

“Əlbəttə, az adam belə təfərrüatlara fikir verir, halbuki, bunlar çox vacibdir”, Rusiya xarici siyasət idarəsinin nümayəndəsi Rusiyanın baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycanla Rusiyanın strateji tərəfdaş olmaları barədə bəyanatını şərh edərkən deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=64637

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728