Bakıdan İsrailə yüksək vəzifəli diplomat getdi

23.05.2016 - 11:42

araz-ezimovAzərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ötən həftə İsraildə səfərdə olub.

Virtualaz.org İsrailin “The Jewish Press” agentliyinə istinadən xəbər verir ki, Əzimov Knessetin xarici işlər və müdafiə məsələləri üzrə Komitəsinin sədri Tsaxi Hanqebi (Likud partiyası) ilə görüşüb. Əzimovun Təl-Əvivdəki başqa rəsmi görüşləri barədə məlumat yoxdur.

Xəbərə əsasən Araz Əzimov Knessetin komitə sədri ilə görüşündə İsraillə Azərbaycan arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi yollarını müzakirə edib. Agentlik qeyd edir ki, Azərbaycan İsraillə yüksək səviyyədə ikitərəfli strateji və iqtisadi tərəfdaşlığa malik olan çox az müsəlman ölkəsindən biridir.

Short URL: http://www.cumhuriyyet.net/?p=64797

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728