Türkiyənin yeni baş nazirindən Qarabağ bəyanatı

25.05.2016 - 12:03

binali-yildirimTürkiyənin yeni baş naziri Binali Yıldırım Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb.

ANS-in məlumatına görə, o, Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edərkən deyib ki, münaqişənin ədalətli həlli üçün əlindən gələni edəcək.

“İki ölkə arasında gərginliyin azaldılması və Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarının azad edilməsi üçün səy göstərməliyik”.

O, Ermənistanla gələcəkdə qurula biləcək iqtisadi və siyasi əlaqələrdən də bəhs edib. Nazir Ermənistanla qarşılıqlı maraqlar və işbirliyi üçün açıq mühitin yaradılmasını gözlədiklərini deyib. “Həmçinin tarixin araşdırılmasını özündə əks etdirən qarşılıqlı münasibətlərin qurulacağına inanırıq”.

Baş nazir ötən gün də Ankaranın Qafqazdakı qeyri-sabit vəziyyəti şəxsi problemi kimi qəbul etdiyini demişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=65066

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728