İsrailin baş naziri Azərbaycana gələcək

27.05.2016 - 17:22

netanyahuİsrailin baş naziri Benyamin Netanyahu Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Virtualaz.org dövlət başçısının saytına istinadən bildirir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə İsrail xalqı və hökuməti adından mənim səmimi təbriklərimi qəbul edin.

İsrail Azərbaycan ilə əlaqələrinə yüksək dəyər verir. Diplomatik əlaqələrin yaranmasının 24 ili ərzində biz həqiqi dostluq və qarşılıqlı maraqlara əsaslanan güclü, strateji tərəfdaşlıq münasibətləri yaratmışıq.

Sizin rəhbərliyiniz ilə ölkələrimiz arasında münasibətlər yeni səviyyəyə yüksəlib. Əminəm ki, ölkələrimizin əməkdaşlıq əlaqələri daha da genişlənəcək. Ümidvaram ki, razılaşdığımız kimi, bu il ərzində Azərbaycanda görüşə biləcəyik.

Zati-aliləri, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü müstəqilliyiniz bərpa ediləndən bəri ölkənizin qazandığı nailiyyətlərin qeyd edilməsi üçün yaxşı imkandır. Bu əlamətdar gündə mən ölkələrimiz arasındakı dostluğa sadiqliyimi bir daha təsdiq edirəm. Sizə, ailənizə və xalqınıza rifah, uğur və davamlı inkişaf diləyirəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=65401

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728