98 yaşlı gənc Cümhuriyyət

28.05.2016 - 11:27

bayraq1918-ci ilin hələ ilk günlərindən etibarən geniş torpaqlara malik Rusiya İmperiyasının inqilabi süqutu ilə baş vermiş siyasi xaos Qafqazdan da yan keçməmişdi. Bu qarışıqlıq dövründə təbii sərvətləri ilə diqqətləri cəlb edən Azərbaycan torpaqları xarici dövlətlər üçün xüsusi mahiyyət kəsb edirdi. Ermənilər, bolşeviklər və ingilislər qədim Oğuz yurdunda sözün əsl mənasında at oynadır, Azərbaycan türklərini sıxışdırırdılar.

Mart və aprel aylarında isə işğalçılar artıq qətliamlara başlamışdılar. Evlərə, kəndlərə daxil olan erməni-rus alayları türkcə danışan heç kimin gözünün yaşına baxmır, uşaq-qadın demədən hər kəsi qətl edirdilər. Xalqı belə bir xaos mühitindən qurtarmaq naminə vuruşan “Müsavat” və “Difai” əsgərləri də olduqca çətin vəziyyətdə idi. Hər gün onlarla şəhid verilir, silah-sursat tükənir, əzablar isə artırdı. Elə bu vaxt “Ərgənəqon” dastanındakı dədə-babalarımızı qurtaran bozqurd təki qurtuluş yolunu göstərəcək olan Osmanlı ordusu Anadoludan Azərbaycana gəldi, fədailərlə, müsavatçılarla bir olaraq erməniləri, bolşevikləri və onların müttəfiqlərini qədim türk yurdundan xaric etməyə nail oldu.

Hələ döyüşlərin davam etdiyi bir vaxtda – 27 may tarixində Məmməd Əmin Rəsulzadə və digər “Müsavat” üzvləri Müvəqqəti Milli Şuranı elan etdilər. Çox keçmədən, 1 gün sonra isə 70 il boyunca ruslar tərəfindən yox etdirilməyə cəhd edilən dövlətçilik ənənələri bərpa edildi və Türk dünyasında ilk demokratik, dünyəvi dövlət – Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Bu, soyqırımlara, embarqolara məruz qalan xalqımızın taleyində inqilabi rol oynayacaq, bütün Dünyanın səsimizi eşitməsinə, o dövrə qədər “Rusiyanın müsəlman əhalisi” adlanan millətimizin gerçək kimliyini tapmasına və damğalanmış donunu söküb ataraq Azərbaycan türkü kimliyinə bürünməsinə bələdçi olacaqdı. Rəsulzadənin də dediyi kimi, “üç rəngli o məğrur bayraq artıq siyasətən həpimizi birləşdirmişdir”.

Azərbaycan Xalq Cümhuriyyəti nəinki o dövr Türk-İslam dünyası üçün, hətta hazırki Qərb dünyası üçün də böyük bir demokratiya nümunəsidir. ABŞ-da 1920, Yaponiyada 1950, Fransada 1951, İsveçrədə 1965-ci ildə qəbul olunmuş “Qadınlara seçmə və seçilmə hüququ” ölkəmizdə 1918-ci ildən etibarən təsis edilmişdi. Məmməd Əmin Rəsulzadə “Parlamentdə demokratiya” mövzulu debatda belə deyirdi: “Türk demokratiyası öz istiqlalını və hüququnu var qüvvəsi ilə müdafiə edəcəyini aydın-aşkar elan etdi və bu gün bu müvəffəqiyyət demokratiyanın belə qəti hərəkəti nəticəsidir. İdraklı türk demokratiyasının səsi digər firqələri də parlamentə gəlib bizimlə müttəhidən çalışmağa vadar edəcəkdir”.

“Müsavat” hökumətinin demokratiya və  çoxkültürlülük anlayışı o qədər böyük və rəhmli idi ki, AXC tərkibində yaşayan bütün millətlərin parlamentdə təmsil edilməsi məcburi hala gətirilmişdi. Nəinki talışlar, kürdlər, hətta yəhudilər, ermənilər, polyaklar da dövrün “Məclisi-Məbusan”ında təmsil olunurdu. Elə bolşeviklərə, ermənilərə və digər satqın qruplaşmalara qarşı nümayiş etdirilən bu tolerantlıq da dövlətin əsaslarına zərbə vuraraq istiqlaliyyətin sonunu gətirdi.

Lakin çox yox, Cümhuriyyətin 70-ci ilində, 1988-ci ildə Azərbaycan əhalisi yenidən oyandı və millətçilik, azadlıq prinsiplərini qəbul edərək istiqlaliyyətini qazandı. Hazırda da Azərbaycan gəncliyi Məmməd Əmin Rəsulzadənin və onun əqidə yoldaşlarının dağlar qədər uca, dəryalar qədər sonsuz əmanətinə sahib çıxır və çıxmağa da davam edəcəkdir.

Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=65423

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930