Elmar Məmmədyarov Brüsselə gedib
Xarici işlər naziri Elmar Məmmədyarov mayın 31-də NATO-nun mənzil-qərargahında keçiriləcək Azərbaycan-NATO iclasında iştirak etmək üçün Brüsselə səfər edib.
Cümhuriyyət.az Azərbaycan XİN mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.
Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun 31 may 2016-cı il tarixində Brüsseldə ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşü də nəzərdə tutulub.
Short URL: http://www.cumhuriyyet.net/?p=65493