Elmar Məmmədyarov Brüsseldə Minsk Qrupunun həmsədrləri ilə görüşdü

01.06.2016 - 11:00

elmar-memmedyarovAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun mayın 31-də Brüsselə işgüzar səfəri çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə əvvəlcədən planlaşdırılmış görüşü keçirilib.

AzərTAc bildirir ki, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin mümkün olan ən tez bir zamanda irəlilədilməsi məqsədilə iyun zirvə toplantısına hazırlıq üçün Vyana görüşünün nəticələri müzakirə edilib.

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iyun ayında keçirilməsi planlaşdırılan görüşünün ləğv edilməsi barədə xəbərə münasibət bildirən H.Hacıyev belə bir görüşün keçirilməsinin təklif olunmadığını və nəticə etibarilə planlaşdırılmadığını vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=65724

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728