İlham Əliyev Almaniyaya gedir

01.06.2016 - 14:53

ilham-eliyev2Azərbaycan prezidenti İlham Əliyev Almaniyaya səfər edəcək.

ANS PRESS-in Türkiyənin “Habertürk” saytına istinadla verdiyi məlumata görə, İlham Əliyevin Berlin səfəri iyunun 7-nə planlaşdırılıb.

Xatırladaq ki, prezident İlham Əliyevin səfəri barədə ilk dəfə Almaniya kansleri Angela Merkel məlumat vermişdi. O, aprelin 6-da Ermənistan prezidenti Serj Sarkisyanla Berlində keçirdiyi görüş zamanı İlham Əliyevin iyun ayında Almaniyaya səfər edəcəyini demişdi.

Merkel İlham Əliyevlə səfər barədə razılığa gəlindiyini desə də səfərin dəqiq gününü açıqlamamışdı. “Biz onun nöqteyi-nəzərindən problemləri müzakirə edə bilərik”, – deyə Merkel İlham Əliyevin səfəri barədə danışarkən bildirmişdi.

Onu da qeyd edək ki, prezident İlham Əliyev Almaniyaya son dəfə bu ilin fevral ayında səfər edib. Həmin vaxt o, Münhen Təhlükəsizlik Konfransında iştirak edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=65772

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728